Azərbaycanda ötən il 183 ton yod istehsal edilib23 Yanvar 2021, 13:45 (GMT +4) Bakı, 23 yanvar, SalamNews. Ötən ilin yanvar-dekabr aylarında Azərbaycanda 180 tondan çox yod istehsal edilib.
SalamNews-un Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, hesabat ilində ölkədə 182,8 ton yod istehsal edilib. Bu, ötən illə müqayisədə 3,9% azdır.
Cari ilin yanvarın 1-nə ölkə anbarlarında 26,9 ton hazır məhsul ehtiyatı olub ki, bu da illik ifadədə 71,3% çoxdur.
|