Conson koronavirusun "İngiltərə" növünü daha ölümcül adlandırıb23 Yanvar 2021, 11:23 (GMT +4) Bakı, 23 yanvar, SalamNews. İngiltərə Baş naziri Boris Conson "İngiltərə" koronavirus növünü adi SARS-CoV-2-dən daha ölümcül adlandırıb.
Brifinqdə təqdim olunan məlumatlara görə, adi növə yoluxan 1000 nəfərdən 10-u, mutasiya edilmişə yoluxanlardan isə 13-14 nəfəri ölür.
SalamNews xəbər verir ki, İngiltərə, COVID-19-dan gündəlik ölüm hallarına görə hazırda dünyada birinci yerdədir.
|