Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

“S & P Global Ratings” Azərbaycanın reytinqlərinə dair proqnozu artırıb

23 Yanvar 2021, 12:30 (GMT +4)

Bakı, 23 yanvar, SalamNews. “S & P Global Ratings” Beynəlxalq Agentliyi Azərbaycanın reytinqlərinə dair proqnozunu “mənfi”dən “sabit”ədək artırıb, eyni zamanda, xarici, yerli valyutada olan uzun və qısamüddətli suveren kredit reytinqlərini “BB+ / B” səviyyəsində saxlayıb.

SalamNews xəbər verir ki, agentliyin hesabatına görə, proqnozlarda Azərbaycan, Ermənistan və Rusiya arasında 2020-ci il noyabrın 10-da imzalanmış birgə bəyanatın həyata keçiriləcəyinə, bununla da təhlükəsizlik, maliyyə sektoru, tədiyyə balansı ilə bağlı risqlərinin azalacağına dair gözləntilər əks olunur.

Bundan əlavə, qarşıdakı 12 ay ərzində iqtisadiyyatın dirçəlməsi və karbohidrogenlərin nisbətən bahalaşması nəticəsində Azərbaycanın maliyyə və beynəlxalq mövqelərinin əhəmiyyətli dərəcədə pisləşməyəcəyi qənaəti də bu proqnozlarda ifadəsini tapıb.

Hesabata əsasən, ölkə reytinqinin daha da artırılması üçün xarici ticarət balansının profisiti gözləntilərdən artıq olması, yaxud ölkədə pul-kredit siyasətini daha səmərəli hala gətirmək, bank sektorunu gücləndirmək üçün hökumətin bir sıra struktur islahatları həyata keçirməsi zəruridir.

Hesabatda deyilir: “Ermənistanla münaqişə üzündən Azərbaycanın kredit zərfi üçün əhəmiyyətli maliyyə və iqtisadi risqlər çıxacağını gözləmirik. Geosiyasi qeyri-müəyyənliyin artmasına baxmayaraq, əhali öz əmanətlərini nə xarici valyutaya çevirdi, nə də banklardan çəkib götürdü. COVID-19 üzündən karbohidrogenlərin ucuzlaşmasına və iqtisadiyyatın tənəzzülünə baxmayaraq, “BB” dərəcəsində qiymətləndirdiyimiz dövlətlər arasında Azərbaycan büdcə və xarici fond mövqeləri baxımdan ən güclülər arasında qalır. 2021-2024-cü illərdə ÜDM-nin 74 faizi səviyyəsində dəyərləndirdiyimiz iri dövlət likvidlik aktivləri bundan sonra da ölkəni iqtisadi və maliyyə sarsıntılarından qoruyacaq. Neftin qiyməti və hasilatına dair ehtimallarımıza, həmçinin Azərbaycanın OPEC+ çərçivəsində hasilatın ixtisarına dair razılaşmada iştirak etməsinə əsaslanaraq həm xarici, həm də daxili büdcə mədaxilinin artacağını güman edirik. Dağlıq Qarabağda işğaldan azad edilmiş ərazilərin bərpasına dair hökumətin gördüyü tədbirlərin də idxalat hesabına vergi və xarici maliyyə axınlarına təsirinin əhəmiyyətli olmayacağı qənaətindəyik”.

 


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

04 Mart 2021, 13:26 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

04 Mart 2021, 13:13 (GMT +4)
Kürdəmirdə gecə saatlarında gizlin fəaliyyət göstərən kafe aşkarlanıb

04 Mart 2021, 13:00 (GMT +4)
Azərbaycan diasporu qazilərə əlil arabaları bağışlayıb

04 Mart 2021, 12:58 (GMT +4)
Zaxarova Rusiyanın Ermənistandakı vəziyyəti ölkənin daxili işi hesab etdiyini açıqlayıb

04 Mart 2021, 12:46 (GMT +4)
Ruhani: Beynəlxalq Atom Agentliyi siyasi oyunların deyil, bu barədə Avropa dövlətlərinə nəsihət vermişik

04 Mart 2021, 12:40 (GMT +4)
DGK sədri sifariş limitindən danışıb

04 Mart 2021, 12:30 (GMT +4)
Səfər Mehdiyev: Dövlət Gömrük Komitəsində yoxlamalar aparılmır

04 Mart 2021, 12:15 (GMT +4)
Bakıda evdə yanğın olub, ölən var (YENİLƏNİB)

04 Mart 2021, 12:07 (GMT +4)
Ərəb Dövlətləri Liqasının baş katibinin kimliyi müəyyənləşib

04 Mart 2021, 12:00 (GMT +4)
Ötən gün yol qəzalarında 1 nəfər ölüb, 3 nəfər yaralanıb

04 Mart 2021, 11:45 (GMT +4)
Səhiyyə Nazirliyi vaksinasiya ilə bağlı vətəndaşlara müraciət edib

04 Mart 2021, 11:41 (GMT +4)
Almaniyada karantin mart ayının sonuna qədər uzadılıb

04 Mart 2021, 11:30 (GMT +4)
Ötən gün Azərbaycanda peyvənd olunanların sayı açıqlanıb

04 Mart 2021, 11:20 (GMT +4)
Gürcüstanda koronavirusa yoluxanların sayı son sutkada 133 nəfər artıb

04 Mart 2021, 11:15 (GMT +4)
MN Füzuli rayonunun Qaradağlı kəndindən videogörüntülər yayıb (VİDEO)

04 Mart 2021, 11:12 (GMT +4)
Roma Papası İraq səfərindən öncə bu ölkə xalqına müraciət edib

04 Mart 2021, 11:08 (GMT +4)
Tac Mahalda bomba təhlükəsi səbəbi ilə turistlər təxliyyə edilib

04 Mart 2021, 11:00 (GMT +4)
Yaşa görə pensiyaların orta aylıq məbləği 361 manata çatıb

04 Mart 2021, 10:30 (GMT +4)
ƏDV-ni geri alanlar üçün 10+10 aksiyası keçirilir

04 Mart 2021, 10:30 (GMT +4)
ABŞ Venesuelaya qarşı sanksiyaları uzadıb

04 Mart 2021, 10:24 (GMT +4)
İsrail Aralıq dənizi sahillərində çirklənməyə görə İranı ittihamlandırıb

04 Mart 2021, 10:15 (GMT +4)
Azərbaycan nefti yenidən bahalaşıb

04 Mart 2021, 10:00 (GMT +4)
DİM dövlət qulluqçusu olmaq istəyən 1 856 namizəd üçün imtahan keçirəcək

04 Mart 2021, 09:57 (GMT +4)
BMT Myanmadakı etiraz aksiyalarında 38-dən çox insanın öldüyünü açıqlayıb

04 Mart 2021, 09:45 (GMT +4)
Qubadlı polisi rayon ərazisində xidməti fəaliyyətini davam etdirir (VİDEO)

04 Mart 2021, 09:43 (GMT +4)
Husilər Səudiyyə Ərəbistanın Ciddə şəhərində neft bazasını hədəfə aldıqlarını bildiriblər

04 Mart 2021, 09:30 (GMT +4)
Anar Kərimov İstanbulda azərbaycanlı incəsənət xadimləri ilə görüşüb

04 Mart 2021, 09:21 (GMT +4)
Dünyada «əbədi» koronavirusa yoluxma halları aşkar edilib

04 Mart 2021, 09:15 (GMT +4)
Martın 8-də Azərbaycan ərazisində ictimai nəqliyyatın hərəkəti dayandırılacaq

04 Mart 2021, 09:03 (GMT +4)
Beynəlxalq Cinayət Məhkəməsinin qərarı İsrail və ABŞ-ı qəzəbləndirib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66