Kanada Baş naziri və Bayden fevral ayında görüşməyi planlaşdırır23 Yanvar 2021, 13:56 (GMT +4) Bakı, 23 yanvar, SalamNews. Kanada Baş naziri Jastin Trüdo və ABŞ Prezidenti Co Bayden gələn ay görüşmək niyyətindədir.
SalamNews -un TASS-a istinadən verdiyi xəbərə görə, bunu Kanada baş nazirinin ofisi elan edib.
Açıqlama iki ölkə liderləri arasında baş tutan telefon danışığından sonra verilib.
"Onlar peyvənd sahəsindəki əməkdaşlığı müzakirə edib, tibb işçiləri və vacib dərman preparatlarının mübadiləsi ilə iki ölkənin səylərinin gücləndirildiyini etiraf ediblər", məlumatda deyilir.
Trüdo və Bayden Arktikada, müdafiə sahəsində, energetika sahəsində əməkdaşlığı genişləndirmək barədə razılığa gəlib.
|