Bakı, 23 yanvar, SalamNews, B,Samid. Yəməndən Səudiyyə Ərəbistanın paytaxtına ballistik raket atılıb. Paytaxt ətrafında yerləşdirilən Patriot havadan müfdiə sistemləri hərəkətə keçib.
SalamNews -un xəbərinə görə, bu barədə Səudiyyə Ərəbistanın mətbuatı məlumat verib.
Bildirilib ki, bu gün Yəmən tərəfindən atılan obyekt ər-Riyad səmasında vurulub.
Qeyd edək ki, Yəmən paytaxtını və əksər əyalətləri nəzarətdə saxlayan “Yəmən Ordusu və Xalq Komitələri” (husilər) Səudiyyə Ərəbistanın hava zərbələrinə cavab olaraq, qarşı tərəfə cavab verəcəklərini bildirmişdilər.
Xatırladaq ki, Səudiyyə Ərəbistanı və rəhbərlik etdiyi siyasi koalisiya 2015-ci ilin martından Yəməndə legitimliyi dəstəkləmək adı ilə bu ölkədə hərbi müdaxiləyə başlayıblar.
Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.