Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Salyan Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru həkimlərin maaşını mənimsəyib

23 Yanvar 2021, 15:15 (GMT +4)

Bakı, 23 yanvar, SalamNews. Pandemiya dövründə COVİD-19 virusunun yayılmasının qarşısının alınması, onun törədə biləcəyi fəsadların aradan qaldırılması və bu kimi əhalinin sağlamlığının qorunmasına yönəlmiş effektiv dövlət siyasətinə yol verdikləri korrupsiya hüquqpozmaları ilə ziyan vuran vəzifəli şəxslərin ifşa olunması istiqamətində prokurorluq orqanlarının kompleks tədbirləri davam etdirilir.

Baş Prokurorluqdan SalamNews-a verilən məlumata görə, belə tədbirlərdən biri kimi, Salyan rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru vəzifəsində işləyən Abuşov İntiqam Mirzağa oğlunun qanunsuz hərəkətləri barədə toplanmış materiallar əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 311.3.2-ci (təkrar rüşvət alma) maddələri ilə cinayət işi başlanıb.

Belə ki, aparılan təxirəsalınmaz əməliyyat-istintaq tədbirləri ilə İntiqam Abuşovun COVİD-19 pandemiyası ilə əlaqədar rəhbərlik etdiyi mərkəzdə işləyən həkim heyətinə əlavə hesablanan əmək haqlarının bir qismini qeyri-qanuni yolla onlardan tələb edərək almasına əsaslı şübhələr müəyyən edilib.

Bundan başqa, araşdırmalar zamanı İntiqam Abuşovun qanunsuz olaraq tabeliyində işləyən bir neçə işçilərlə əvvəlcədən razılaşaraq onlara məxsus əmək haqqı kartlarını özündə saxlamaqla, həmin şəxslərə köçürülən aylıq məvacibləri əldə etməsinə, eləcə də, tabeçiliyindəki əməkdaşların mütəmadi olaraq işə gəlməməklə əmək stajının hesablanması şəraitinin yaradılması müqabilində 2013-2020-ci illər ərzində müxtəlif məbləğlərdə pul vəsaitini şəxsən və ya vasitəçidən istifadə etməklə onlardan rüşvət qismində almasına da əsaslı şübhələr müəyyən edilib.

Hazırda cinayət işi üzrə İntiqam Abuşovun digər qanunsuz hərəkətlərinin aşkar edilməsi, cinayətlərin törədilməsində hər hansı formada iştirak etmiş digər şəxslərin müəyyənləşdirilməsi və vurulmuş ziyanın tam həcminin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir.

İstintaqın nəticəsindən olaraq İntiqam Abuşovun və digər vəzifəli şəxslərin əməllərinə hüquqi qiymətin verilməsi təmin ediləcək.

 


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Baş Prokurorluq Xocalı faciəsinin 29-cu ildönümü ilə bağlı videoçarx hazırlayıb (VİDEO)

Baş Prokurorluq: Atəşkəsdən sonra 5 hərbi qulluqçu minaya düşərək şəhid olub (VİDEO)

Baş Prokurorluq vətəndaşların suallarını cavablandıracaq

Baş Prokurorluq sosial şəbəkədə yalan məlumat yayan qadına xəbərdarlıq edib

Baş Prokurorluq mülki vətəndaşları işğaldan azad edilən ərazilərə getməməyə çağırıb (VİDEO)

DİM Baş Prokurorluq ilə birgə prokurorluq orqanlarında işləmək istəyən namizədlər üçün tеst imtаhаnı keçirəcək

Baş Prokurorluq dəm qazından zəhərlənmə ilə bağlı videoçarx hazırlayıb

Baş Prokurorluqda başlanmış 62 cinayət işi üzrə 21 şəxs barəsində axtarış elan edilib

Baş Prokurorluqda geniş Kollegiya iclası keçirilib

Baş Prokurorluq Zeynəb Xanlarovanın bacısı oğlunun həbsi ilə bağlı məlumat yayıb

Baş Prokurorluq: Erməni meyitlərini təhqir edən 4 hərbçimiz həbs edilib

Baş Prokurorluq və DİN vətəndaşlara xəbərdarlıq edib

Baş Prokurorluq əməkdaşları “YAŞAT” Fonduna pul vəsaiti köçürüb

Baş Prokurorluq karantin rejiminin tələblərini pozanlara xəbərdarlıq edib (VİDEO)

Baş Prokurorluq: Daha 3 koronavirus xəstəsinə cinayət işi başlanılıb

Baş Prokurorluq Seyran Ohanyanın cinayət işi ilə bağlı məlumat yayıb

Baş Prokurorluq Ermənistanın müharibə qanunlarının pozulması faktlarına dair məlumat yayıb

Baş Prokurorluq Semyon Peqovun cinayətləri ilə bağlı Rusiyaya müraciət edib

Baş Prokurorluq Ermənistanın mülki əhaliyə qarşı hücumları ilə bağlı yeni məlumat yayıb

Baş Prokurorluq: Qarabağda döyüşmüş PKK-PYD-YPG terrorçuları ilə bağlı cinayət işi başlanılıb

28 Fevral 2021, 13:12 (GMT +4)
"Qalatasaray" "Ərzurumspor"u 2 qolla məğlub edib - (VİDEO)

28 Fevral 2021, 11:31 (GMT +4)
"Mançester Siti" doğma meydanda qələbəyə sevinib - (VİDEO)

27 Fevral 2021, 17:00 (GMT +4)
Ombudsman: Ermənistan etnik nifrət siyasətindən çəkinməli və iki xalqın dinc yanaşı yaşamasını bərpa etməlidir

27 Fevral 2021, 16:57 (GMT +4)
İrəvanda təxminən on min nəfərin iştirakı ilə müxalifətin mitinqi keçirilir

27 Fevral 2021, 16:50 (GMT +4)
Bakıda mağazadan 5600 manatlıq oğurluq edilib

27 Fevral 2021, 16:45 (GMT +4)
Futzal millimizin kapitanı: Sürpriz hər zaman mümkündür - (MÜSAHİBƏ)

27 Fevral 2021, 16:40 (GMT +4)
Əhaliyə göstərilən məşğulluq tədbirlərinin əhatə dairəsi daha da genişləndirilir

27 Fevral 2021, 16:30 (GMT +4)
Zərdabda evdən 25 min manatlıq oğurluq edilib

27 Fevral 2021, 16:16 (GMT +4)
İran əlavə iki nüvə təsisatını inşa etməkdə olduğunu bildirib

27 Fevral 2021, 16:15 (GMT +4)
Bakı metrosu üçün alınan yeni vaqonların sayı açıqlanıb

27 Fevral 2021, 16:05 (GMT +4)
Şoyqu Ermənistan Müdafiə Nazirliyinin rəhbəri ilə telefon danışığı keçirib

27 Fevral 2021, 16:04 (GMT +4)
Prezident “Dövlət rüsumu haqqında” qanuna dəyişikliyi təsdiqləyib

27 Fevral 2021, 16:00 (GMT +4)
Kişi voleybolçular arasında Avropa çempionatı 4 ölkədə təşkil olunacaq

27 Fevral 2021, 15:50 (GMT +4)
İctimai iaşə müəssisələrinə təyin olunan məsul şəxslərlə görüş keçirilib

27 Fevral 2021, 15:39 (GMT +4)
Mənbə: Ermənistan prezidenti Silahlı Qüvvələrin Baş Qərargah rəisi ilə görüş keçirir

27 Fevral 2021, 15:32 (GMT +4)
“Kənddən Şəhərə” həftəsonu yarmarkası davam edir (FOTO)

27 Fevral 2021, 15:29 (GMT +4)
İlkay Gündoğan: "Mançester Yunayted" mənimlə maraqlanırdı

27 Fevral 2021, 15:19 (GMT +4)
Tbilisidə müxalifətçilər parlamentin qarşısında çadırlar qurub

27 Fevral 2021, 15:17 (GMT +4)
Azərbaycanda indiyədək peyvənd olunanların sayı açıqlanıb

27 Fevral 2021, 15:08 (GMT +4)
“8 Noyabr” metro stansiyasında son tamamlanma işləri aparılır

27 Fevral 2021, 14:55 (GMT +4)
Azərbaycanda mart ayına olan hava proqnozu açıqlanıb 

27 Fevral 2021, 14:43 (GMT +4)
Bakıda iki avtobusun hərəkət sxemi dəyişdiriləcək

27 Fevral 2021, 14:30 (GMT +4)
Qarabağa böyük qayıdış üzrə İşçi Qrup yaradılıb

27 Fevral 2021, 14:20 (GMT +4)
Ər-Riyad ABŞ kəşfiyyatının Kaşıkçının qətlinə dair hesabatını rədd edib

27 Fevral 2021, 14:08 (GMT +4)
Sahil Babayev: Bu il 3 minə yaxın şəhid ailəsi və müharibə əlili mənzil və fərdi evlə təmin olunacaq

27 Fevral 2021, 13:54 (GMT +4)
Hindistanda valideynlər övladlarının müalicəsi üçün digər uşaqlarını satıblar 

27 Fevral 2021, 13:53 (GMT +4)
Suriyada minanın partlaması nəticəsində 5 xidmətçi qadın həlak olub

27 Fevral 2021, 13:47 (GMT +4)
Fikrət Sadıxova Prezidentin fərdi təqaüdü ayrılıb

27 Fevral 2021, 13:32 (GMT +4)
Hökumət sosial-iqtisadi inkişaf strategiyasının hazırlanması üçün işçi qruplar yaradıb

27 Fevral 2021, 13:20 (GMT +4)
Saatlıda karantini pozan kafe aşkarlanıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66