İran koronavirusa qarşı peyvəndlərin kütləvi şəkildə vurulmasına gələn həftələrdə başlayacaq - Ruhani23 Yanvar 2021, 15:25 (GMT +4) Bakı, 23 yanvar, SalamNews, B,Samid. İranda gələn həftələrdə koronavirusa qarşı peyvəndlərin vurulmasına start veriləcək.
SalamNews İSNA-a istinadla xəbər verir ki, bunu İran prezidenti Həsən Ruhani Koronavirusa qarşı mübarizə mərkəzində çıxışı zamanı deyib.
O bildirib ki, xaricdən alınan vaksinlərin vurulmasına cari ayda başlanılacaq.
Ruhani ölkə daxilində hazırlanan 3 yerli vaksinin mart, aprel aylarında vurulacağı ilə bağlı məlumat verib.
Qeyd edək ki, İranda son sutkada koronavirusdan 69 nəfərin ölümü qeydə alınıb və bu rəqəm ümumilikdə 57,225 , yoluxanların sayı isə 1 milyon 360 mini keçib. Bu rəqəmdən təqribən 1 milyon 150 mini sağalıb.
|