İranın xarici işlər naziri Bakıya gəlib (FOTO)24 Yanvar 2021, 23:35 (GMT +4) Bakı, 24 yanvar, SalamNews, B,Samid. İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif regiona səfəri çərçivəsində Bakıya gəlib
SalamNews xəbər verir ki, Cavad Zərif bu gün Bakıya gəlib.
O, bu səfər çərçivəsində prezident İlham Əliyevlə, xarici işlər naziri Ceyhun Bayramovla, eləcə də baş nazirin müavini Şahin Mustafayevlə görüşəcək.
Bildirilir ki, tərəflər bu səfər çərçivəsində qarşılıqlı əlaqələri eləcə də “Qarabağ böhranı ilə bağlı dövlətlərin verə biləcəyi dəstəkləri” müzakirə edəcəklər.
Cavad Zərif bundan sonra Tiflis, Moskva və Yerevana gedəcək.
|