Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

"AzerGold" ötən il ölkə iqtisadiyyatına 187 milyon manat vəsait cəlb edib

25 Yanvar 2021, 14:44 (GMT +4)

Bakı, 25 yanvar, SalamNews. “AzerGold” QSC ötən ilin yekunları və cari ildə qarşıda duran vəzifələrə həsr olunmuş onlayn müşavirə keçirilib.

QSC-dən SalamNews-a verilən məlumata görə, müşavirədə çıxış edən “AzerGold”un İdarə Heyətinin sədri Zakir İbrahimov Cəmiyyət tərəfindən 2020-ci ilin fəaliyyət planının uğurla yerinə yetirildiyini, pandemiya şəraitinin çətinliklərinə baxmayaraq ötən il qarşıya qoyulan vəzifələrin tam icra edildiyini bildirib.

Belə ki, ötən il Cəmiyyətin həm istehsalat, həm də hasilat göstəriciləri plandan daha artıq olmaqla, 2019-cu ilin nəticələrini üstələyib. Beləliklə, “AzerGold” QSC-nin hasil etdiyi qızıl və gümüşün dünya bazarına ixracı nəticəsində il ərzində ölkə iqtisadiyyatına ümumilikdə 186,5 mln. manat həcmində vəsait daxil olub.

Müşavirədə “AzerGold”un ötən ildə də regionlarda yeni mədənlərin işə salınması, iqtisadi səmərəliyinin artırılması istiqamətində fəaliyyətini davam etdirdiyi vurğulanıb. Yeni yataqların işlənməsi, eləcə də əldə olunan müsbət iqtisadi artım göstəricilərinin daha yüksək dinamika ilə davamlılığının təmin edilməsi məqsədilə Cəmiyyət tərəfindən ilk dəfə tədavülə buraxılan 20 mln. ABŞ dolları həcmində istiqrazların emissiyası uğurla həyata keçirilib.

Bununla yanaşı, Cəmiyyət tərəfindən kəşf olunmuş “Ağyoxuş-1” yatağı 30 noyabr tarixində istismara verilərək yeni emal zavodu və müvafiq infrastruktur qurulmadan istismarına və orada hasil edilən süxurların “Çovdar” Filiz Emalı Sahəsində (ÇFES) emal edilməsinə başlanılıb. Bununla da, sözügedən emal sahəsinin bazasında gələcəkdə ətrafdakı yeni yataqların istismara verilməsi ilə genişləndiriləcək “Çovdar” İnteqrəolunmuş Regional Emal Sahəsinin qurulması sahəsində ilk addımın atıldığı qeyd edilib.

İdarə Heyətinin sədri Cəmiyyət tərəfindən yeni yataqların istismarına hazırlıq çərçivəsində ötən il intensiv kəşfiyyat və tədqiqat işlərinin qrafik üzrə davam etdirildiyini bildirib. Hesabat dövründə Cəmiyyətin 2020-ci il üçün fəaliyyət planına uyğun olaraq perspektiv sahələrdə yeni yataqların istismara verilməsi istiqamətində 75 778 metr dərinliyində buruq-qazma işləri icra edilib.

Müşavirədə “AzerGold”un cari ildə də regionlarda yeni mədənlərin işə salınması istiqamətində fəaliyyətini davam etdirəcəyi vurğulanıb. Təsdiqlənmiş plan əsasında 2021-2027-ci illər ərzində müvafiq olaraq “Ağyoxuş” yatağının növbəti mərhələlərinin (“Ağyoxuş-2”, “Ağyoxuş-3”), “Mərəh”, “Narçala”, həmçinin “Çovdar” yatağının sulfid mərhələsi üzrə istismarı, eləcə də “Tülallar”, “Filizçay”, “Qaradağ”, “Xarxar”, “Mazımçay” və digər yataqların istifadəyə verilməsi nəticəsində ölkə iqtisadiyyatına milyardla manat vəsaitin cəlb ediləcəyi, ümumilikdə minlərlə yeni iş yerinin açılacağı, bütün bunların regionların sosial-iqtisadi inkişafına müsbət təsir edəcəyi vurğulanıb. Bildirilib ki, bu layihələrin icrası ilə Qapalı Səhmdar Cəmiyyətin genişmiqyaslı regional mədən şirkətinə, ölkənin ən böyük qeyri-neft ixracatçısına çevrilməsi əsas hədəf kimi qarşıya qoyulub.

Zakir İbrahimov cənab Prezident İlham Əliyevin 1 sentyabr 2020-ci il tarixli 2245 nömrəli Sərəncamı ilə Cəmiyyətin fəaliyyət sahələrinə ölkə ərazisində qara metal filizi yataqlarının tədqiqi, kəşfiyyatı, işlənilməsi və idarə olunmasının həvalə edilməsinin də dövlət başçısı tərəfindən şirkətin fəaliyyətinə göstərilən yüksək etimadın nəticəsi olduğunu diqqətə çatdırıb.

Tədbirin davamında bu istiqamətdə görülən və planlaşdırılan işlər haqqında da geniş müzakirə aparılaraq Cəmiyyətin Müşahidə Şurasına təqdim edilməsi məqsədilə 2021-ci il üzrə ümumi fəaliyyət planı təsdiq edilib. Müzakirələrin sonunda qaldırılan məsələlərin operativ həlli üçün müvafiq tapşırıqlar verilib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

16 İyun 2021, 13:46 (GMT +4)
KİV: Kim Çen In KXDR-də aclıq təhlükəsinin olduğunu açıqlayıb

16 İyun 2021, 13:45 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

16 İyun 2021, 13:32 (GMT +4)
TSQ Şimali İraqda keçirilən əməliyyatda 5 terrorçunu zərərsizləşdirilib

16 İyun 2021, 13:28 (GMT +4)
DSX: Sərhədçilərimizə atəş açan cinayətkar zərərsizləşdirilib

16 İyun 2021, 13:18 (GMT +4)
Vüsal Qasımlı: Şuşa bəyannaməsi milli iqtisadiyyata yeni imkanlar açır

16 İyun 2021, 13:08 (GMT +4)
Bu il Azərbaycan neft ixracını 13 %-dən çox azaldıb

16 İyun 2021, 13:00 (GMT +4)
"Rəqibin bizi 1-2 məqamda üstələdiyini demək olar" - Samir Abasov

16 İyun 2021, 12:55 (GMT +4)
Xaçmazda 15 qanunsuz heyvan kəsimi məntəqəsi aşkarlanıb

16 İyun 2021, 12:46 (GMT +4)
Çavuşoğlu: Dünya birliyi Azərbaycanın ərazi bütövlüyünə hörmət etməlidir

16 İyun 2021, 12:38 (GMT +4)
Xüsusi şərtlərlə əmək pensiyası alanların sayı açıqlanıb

16 İyun 2021, 12:27 (GMT +4)
KİV: Kolumbiyada hərbi hissədə törədilən terror hücumu nəticəsində 30-dan çox əsgər yaralanıb

16 İyun 2021, 12:21 (GMT +4)
Türkiyə-Uels matçı ilə bağlı bəzi küçələrdə avtomobillərin hərəkətinə tam məhdudiyyət qoyulur

16 İyun 2021, 12:12 (GMT +4)
Əfqanıstan Ordusu bir rayon mərkəzini Talibandan geri alıb

16 İyun 2021, 12:01 (GMT +4)
Azərbaycanla Türkiyə arasında müttəfiqlik haqqında Şuşa Bəyannaməsi - TAM MƏTN

16 İyun 2021, 11:54 (GMT +4)
İranda Prezident seçkiləri dünyada dini-demokratik seçki nümunəsidir – İran Mədəniyyət Mərkəzinin sədri

16 İyun 2021, 11:52 (GMT +4)
Gürcüstanda 811 yeni koronavirusa yoluxma qeydə alınıb

16 İyun 2021, 11:40 (GMT +4)
Nadir və nəsli kəsilməkdə olan bitkilərin monitorinqi aparılıb

16 İyun 2021, 11:27 (GMT +4)
Yəmən münaqişəsilə bağlı sülh danışıqları Qətərdə ola bilər

16 İyun 2021, 11:24 (GMT +4)
XİN: Qonşu ölkələrin rəhbərlərinin səfərini şərh etmək Ermənistanın həddi deyil 

16 İyun 2021, 11:18 (GMT +4)
Kaxaber Sxadadze: "Neftçi" Azərbaycanda futbol markasıdır"

16 İyun 2021, 11:15 (GMT +4)
Sabiq deputat İbrahim İbrahimli dünyasını dəyişib

16 İyun 2021, 11:05 (GMT +4)
BNA: Türkiyə-Uels oyununa azarkeşlər ekspress marşrutlarla daşınacaq

16 İyun 2021, 10:55 (GMT +4)
Həsən Ruhani iranlıları prezident seçkilərinə aktiv şəkildə qatılmağa çağırıb

16 İyun 2021, 10:51 (GMT +4)
Azərbaycan avtomobil idxalını 32% artırıb

16 İyun 2021, 10:43 (GMT +4)
Levon Ter-Petrosyan: Bütün dünya Qarabağı Azərbaycanın bir hissəsi hesab edir

16 İyun 2021, 10:40 (GMT +4)
"Neftçi"nin oyunlarının tarixi açıqlanıb

16 İyun 2021, 10:36 (GMT +4)
Bakı bulvarında 67 yaşlı kişi intihar edib

16 İyun 2021, 10:20 (GMT +4)
Bayden-Putin görüşünün proqramı açıqlanıb

16 İyun 2021, 10:15 (GMT +4)
Azərbaycan neftinin qiyməti 75 dolları keçib

16 İyun 2021, 10:14 (GMT +4)
İran yüksək keyfiyyətli uran ehtiyatlarının miqdarını açıqlayıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66