Bağdadda 32 nəfərin ölümünə səbəb olan kamikadzelərin kimliyi müəyyənləşib25 Yanvar 2021, 15:00 (GMT +4) Bakı, 25 yanvar, SalamNews, B,Samid. İraqın rəsmi mənbələri ötən həftə Bağdadda 32 nəfərin ölümü ilə nəticələnən silsilə terror aktlarını törədən kamikadzelərin hər ikisinin iraqlı olduğunu bildirib.
SalamNews Sumariya agentliyinə istinadla xəbər verir ki, bu barədə İraq Parlamentinin Təhlükəsizlik komissiyasının üzvü Məhəmmədrza Ali-Heydər deyib.
O, ölkə mətbuatına açıqlamasında bildirib ki, aparılan araşdırmalardan sonra kamikadzelərin hər ikisinin Mosuldan olduqları ortaya çıxıb.
Qeyd edək ki, ötən həftə həyata keçirilən terror aktı, son bir ildə ən dəhşətli hesab edilir. Bu hücumu İŞİD üzərinə götürüb.
Bu partlayışlardan sonra İraqın yüksək rütbəli hərbi rəsmiləri kənarlaşdırılıb.
|