Bağdad partlayışından sonra onlarla İŞİD üzvü barədə edam hökmü çıxarılıb25 Yanvar 2021, 16:15 (GMT +4) Bakı, 25 yanvar, SalamNews, B,Samid. İraq paytaxtında ötən həftə törədilən silsilə terror partlayışlarından sonra ölkə məhkəmələri onlarla İŞİD üzvünün edam edilməsi haqda hökm çıxarıblar.
SalamNews İraqın Dövlət xəbər agentliyinin saytına istinadla xəbər verir ki, ölkə məhkəmələrində barəsində edam hökmü çıxarılmış 340 şəxs barədə müvafiq qərar Prezident tərəfindən təsdiqlənib.
Mənbə, edam hökmü təsdiqlənmişlərdən neçəsinin son həftədə olduğunu bildirməyib.
Lakin İraqın məhkəmə orqanlarına yaxın mənbələr bildiriblər ki, ötən həftənin partlayışlarından sonra onlarla İŞİD üzvü barədə edam hökmü hökumət tərəfindən təsdiqlənib.
İraq prezidentinin müşaviri İsmail əl-Hədidinin verdiyi məlumata görə, terror maddəsilə barəsində edam hökmü təsdiqlənmiş işlər təkcə son həftəyə aid deyil, sabiq zamanları da ehtiva edir.
Qeyd edək ki, ötən həftə törədilən silsilə partlayışları İŞİD üzərinə götürüb. Burada 32 nəfər həyatını itirib.
|