Putin Gəlincikdəki "saray" ilə bağlı aparılan araşdırmanı şərh edib25 Yanvar 2021, 17:11 (GMT +4) Bakı, 25 yanvar, SalamNews. Rusiya lideri Vladimir Putin, Gəlincikdəki "saray"la bağlı araşdırmaya dair sualı cavablandırarkən bildirib ki, orada göstərilən əmlakın heç biri onun deyil.
“Bu filmi sadəcə boş vaxtım olmadığım üçün izləmədim, ancaq köməkçilərin mənə gətirdiyi videoları nəzərdən keçirdim. Sualınıza dərhal cavab vermək istəyirəm. Orada mənim əmlakım kimi göstərilən heç nə, nə mənə, nə də yaxın qohumlarıma aiddir. Heç vaxt mənə məxsus olmayıb", Putin bildirib.
SalamNews RT-yə istinadən xəbər verir ki, Putin müvafiq "araşdırma"nı redaktə etməyə çağırıb.
Qeyd edək ki, müvafiq material yanvarın 19-da yayılıb.
İddia olunur ki, Qara dənizin eksklüziv “Gəlincik” buxtasındakı imarətin qiyməti azı 100 milyard rubldur (1.35 milyard dollar).
Ərazidə kilsə, 2.500 kvadrat metrlik istixana, amfiteatr, bir neçə yaşayış binası və sahilə aparan xüsusi tunel var.
|