Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » ELM VƏ TEXNOLOGİYA

"Azercell"in LTE şəbəkəsinin əhatə dairəsi 85%-i ötüb

25 Yanvar 2021, 17:39 (GMT +4)

Bakı, 25 yanvar, SalamNews. “Azercell Telekom” 2020-ci il ərzində LTE şəbəkəsinin təkmilləşdirilməsi layihəsini uğurla həyata keçirib.

Şirkətdən SalamNews-a verilən məlumata görə, qeyd olunan dövrdə “Azercell”in LTE şəbəkəsinin əhatə dairəsinin əhəmiyyətli dərəcədə genişlənməsi ölkənin hər yerində abunəçilərin daha keyfiyyətli xidmətlə təmin olunmasına şərait yaradıb.

Görülən işlər nəticəsində ötən il ərzində “Azercell”in LTE şəbəkəsinin əhatə dairəsi 74,2%-dən 85,1%-ə yüksəlib, şəbəkənin ərazi baxımdan coğrafi əhatəsi isə 61,4%-dən 72,4%-ə qədər genişləndirilib. LTE şəbəkəsinin təkmilləşdirilməsi layihəsinin başlandığı 2 il ərzində isə (01.01.2019-cu il tarixindən 2020-ci ilin sonunadək) “Azercell”in LTE şəbəkəsinin əhali əhatə dairəsi 35,9%-dən 85,1%-ə, coğrafi dairəsi 22,5%-dən 72,4%-dək artıb.

LTE şəbəkəsinin genişləndirilməsi layihəsi çərçivəsində 2020-ci ildə bu texnologiya üzərindən çalışan 784 yeni radio baza stansiyası quraşdırılıb. Bu stansiyaların müəyyən hissəsi 44 günlük Vətən Müharibəsi nəticəsində işğaldan azad olunmuş ərazilərdə işə salınıb. Ümumilikdə, LTE şəbəkəsinə aid radio baza stansiyalarının sayı 2 679-a çatdırılıb. Xüsusilə regionlarda görülən işlər sayəsində ölkə üzrə LTE şəbəkəsi daha da genişləndirilib. Qeyd etmək kifayətdir ki, keçən ilin təkcə sentyabr-dekabr ayları ərzində 118 yeni LTE stansiya istifadəyə verilib.

Şəbəkənin təkmilləşdirilməsi sahəsində aktiv fəaliyyətinin nəticəsi olaraq ölkə ərazisində “Azercell”in təqdim etdiyi xidmətlərdə əhəmiyyətli irəliləyişlər olub. Görülən işlər “Azercell” şəbəkəsi üzrə LTE texnologiyası ilə ötürülən data trafikinin həcminə də təsir edib. Son bir il ərzində bu göstərici 2,25 dəfə artıb. Hazırda şəbəkədə daşınan ümumi trafikin təxminən 69%-i bu texnologiya üzərindən daşınmaqdadır. Ümumilikdə, 2020-ci il ərzində LTE şəbəkəsi üzrə səs trafikində 14%, internet trafikində isə 60% artım əldə olunub.

Bakı və Abşeronda LTE şəbəkəsinin keyfiyyətinin yaxşılaşdırılması tədbirləri Bakı metropolitenində də aparılır. Layihə çərçivəsində artıq 13 metro stansiyasında və tunellərdə işlər yekunlaşıb. Metro stansiyalarda aktivləşdirilən LTE-Daşıyıcı Birləşdirmə sistemi bu şəbəkədən istifadə edən abunəçilərin daha yüksək sürətli mobil internet əldə etməsinə imkan verir.

Qeyd edək ki, bölgələrdə LTE texnologiyası üzrə datanın ötürülmə sürəti, informasiyanı yükləmə müddəti və video materialların daha yüksək keyfiyyətlə ötürülməsi parametrlərinə görə “Azercell” ölkənin digər mobil operatorlarından öndədir. Bunu Avropanın “Systemics” şirkətinin ötən il Azərbaycanda keçirdiyi müstəqil bençmarkinq testinin nəticələri də təsdiqləyib. Dünya miqyaslı telekommunikasiya şirkəti olan Ericsson-un apardığı bençmarkinq araşdırmaları isə LTE şəbəkəsinin sürətinə görə “Azercell”in “Öz sinfində” (“Best in class”) ən yaxşı operatorlardan biri olduğunu göstərib. Şəbəkənin real zaman rejimində monitorinqinə imkan verən Argela sisteminin tətbiqi də “Azercell”in LTE şəbəkəsinin keyfiyyətinin yüksək səviyyədə olmasına imkan yaradır.

Hazırda “Azercell” şirkəti LTE şəbəkəsinin paytaxt və regionlar boyu daha da keyfiyyətli olması, internet trafikin yüksək keyfiyyətinin təmin edilməsi və artırılması istiqamətində texniki tədbirləri davam etdirir. Lider mobil operator LTE üzərində çalışan baza stansiyalarının sayını da sürətlə artırır.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

03 Mart 2021, 18:00 (GMT +4)
Azərbaycanda sosial müavinət və pensiya alanların sayı açıqlanıb

03 Mart 2021, 17:53 (GMT +4)
Beyləqanda 3 mağazadan 10500 manatlıq oğurluq edilib

03 Mart 2021, 17:45 (GMT +4)
Fransanın Azərbaycan səfiri ANAMA sədri ilə görüşüb

03 Mart 2021, 17:43 (GMT +4)
İşğaldan azad olunmuş ərazilərə keçmək istəyənlər saxlanılıb

03 Mart 2021, 17:33 (GMT +4)
Bakıda ödəmə terminalından 4 min manat oğurlanıb

03 Mart 2021, 17:22 (GMT +4)
Vətən müharibəsi iştirakçıları və ailə üzvlərinin 1,5 milyon manatlıq borcları ödənilib

03 Mart 2021, 17:12 (GMT +4)
Suriyada vaxtilə qruplaşmaların olduğu bölgədə böyük silah yükü aşkarlanıb

03 Mart 2021, 17:11 (GMT +4)
"YAŞAT": Bu günədək 4 156 şəxs öhdəliyə götürülüb

03 Mart 2021, 17:00 (GMT +4)
"Bakı Metropoliteni"nin bütün infrastrukturu yoxlanılacaq

03 Mart 2021, 16:50 (GMT +4)
Zalkaliani: Azərbaycan, Türkiyə və Gürcüstan arasındakı əməkdaşlıq bütün bölgə üçün əhəmiyyətlidir

03 Mart 2021, 16:45 (GMT +4)
Prezident Pakistanın Baş Qərargah rəisini videoformatda qəbul edib

03 Mart 2021, 16:35 (GMT +4)
“Caspian Energy Club” növbəti “Online B2G forum” təşkil edib

03 Mart 2021, 16:33 (GMT +4)
Çavuşoğlu: Yaxın günlərdə Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin görüşü olacaq 

03 Mart 2021, 16:32 (GMT +4)
Ağdamda idarə rəisi minaya düşüb

03 Mart 2021, 16:28 (GMT +4)
Ermənistan prezidenti Baş Qərargah rəisi ilə ölkədəki vəziyyəti müzakirə edib

03 Mart 2021, 16:23 (GMT +4)
Lənkəranda marketdə istifadə müddəti bitmiş məhsullar aşkarlanıb

03 Mart 2021, 16:18 (GMT +4)
ABŞ dövlət katibi Venesuela müxalifətinin lideri ilə danışıqlar aparıb

03 Mart 2021, 16:10 (GMT +4)
Bakıda daha bir məktəb koronavirusa görə bağlanıb

03 Mart 2021, 15:57 (GMT +4)
FHN: 300-dən artıq əməkdaş vaksinasiya olunub

03 Mart 2021, 15:43 (GMT +4)
Norveçdə COVID-19 peyvəndindən sonra 100-dən çox insan ölüb

03 Mart 2021, 15:37 (GMT +4)
Azərbaycan və İtaliya XİN başçıları arasında telefon danışığı olub

03 Mart 2021, 15:26 (GMT +4)
Rusiya Azərbaycandan alma və pomidor idxalına qoyulan məhdudiyyətləri ləğv edir

03 Mart 2021, 15:22 (GMT +4)
Füzulidə düşmənin atıb qaçdığı hərbi texnikalar və silah-sursat aşkar edilib (FOTO)

03 Mart 2021, 15:17 (GMT +4)
İran üçüncü övladı dünyaya gətirən ailəyə güzəştli kredit verir

03 Mart 2021, 15:12 (GMT +4)
Azərbaycanda son sutkada 319 nəfər COVID-19-a yoluxub, 161 nəfər sağalıb

03 Mart 2021, 15:02 (GMT +4)
ARPA: “Universal Bank İşçisi” sertifikasiyası imtahanına qeydiyyat başladı

03 Mart 2021, 15:00 (GMT +4)
Kreml AB və ABŞ-ın sanksiyalarına münasibət bildirib

03 Mart 2021, 14:50 (GMT +4)
Niderlanddakı erməni təşkilatının növbəti saxtakarlığı ifşa edilib

03 Mart 2021, 14:39 (GMT +4)
İran tərəfindən vurulduğu iddia edilən İsrail gəmisi Fars körfəzini tərk edib (FOTO)

03 Mart 2021, 14:33 (GMT +4)
Azərbaycan və İsrailin enerji sistemlərinin əməkdaşlığı müzakirə olunub

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66