Xırdalanda partlayış olub, dağıntılar altından 2 nəfər çıxarılıb25 Yanvar 2021, 19:19 (GMT +4) Bakı, 25 yanvar, SalamNews. Abşeron rayonunda evdə partlayış baş verib.
SalamNews-un Fövqəladə Hallar Nazirliyindən (FHN) əldə etdiyi məlumata görə, hadisə rayonun Xırdalan şəhəri 27-ci məhəllədə yerləşən fərdi yaşayış evində qeydə alınıb.
Partlayışdan sonra yanğın başlayıb.
1 qadın və 1 uşaq dağıntılar altından çıxarılıb.
|