Təhsil Nazirliyi: Heç bir müəllim məcburi peyvənd olunmayacaq26 Yanvar 2021, 15:06 (GMT +4) Bakı, 26 yanvar, SalamNews. "Heç bir təhsil işçisinin koronavirus əleyhinə vaksin edilməsində məcburetmə halı olmayacaq".
SalamNews xəbər verir ki, bunu Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib.
O xatırladıb ki, ilkin olaraq yaşı 50-dən yuxarı olan müəllimlərin vaksinasiya olunması tövsiyə edilir:
"Bakı, Abşeron və Sumqayıtda 16 min 698, bölgələrdə isə 32 min 657 müəllimin yaşı 50-dən yuxarıdır. Heç bir məcburetmə halı burada qeyd olunmayıb".
|