Xəzər dənizində zəlzələ olub26 Yanvar 2021, 13:55 (GMT +4) Bakı, 26 yanvar, SalamNews. Xəzər dənizində zəlzələ olub.
Bu barədə SalamNews-a Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.
Bildirilib ki, zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən yerli vaxtla saat 12:09-da Xəzər dənizində zəlzələ qeydə alınıb.
Maqnitudası 3.1 olan yeraltı təkanın dərinliyi 62 km olub.
|