ABŞ Ali Məhkəməsi Trampa qarşı qaldırılmış korrupsiya iddialarını bağlayıb26 Yanvar 2021, 15:14 (GMT +4) Bakı, 26 yanvar, SalamNews. ABŞ Ali Məhkəməsi Ağ Evdə olduğu müddətdə qanunsuz qazanc əldə etməsi ilə bağlı keçmiş prezident Donald Trampa qarşı qaldırlan ittihamları rədd edib.
SalamNews -un RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bunu məhkəmə sənədləri göstərir.
Ali Məhkəmə, ABŞ Konstitusiyasının antikorrupsiya maddələri üzrə qaldırılmış iddialara baxan aşağı instansiyalara bu işlərə xitam vermələrinə dair təlimat verib.
Ali Məhkəmə üzvləri qərarı Trampın artıq ABŞ prezidenti olmadığı üçün işlərin əhəmiyyətsiz olması ilə əsaslandırır.
|