CNN: Bayden Trampa impiçmentin uğurla nəticələnəcəyinə şübhə edir 26 Yanvar 2021, 16:20 (GMT +4) Bakı, 26 yanvar, SalamNews. ABŞ Prezidenti Co Bayden hesab edir ki, ölkənin keçmiş başçısı Donald Trampın impiçmenti ilə bağlı qərar Senatda Respublikaçıların səsini toplamayacaq və bu səbəbdən baş tutmayacaq.
"Düşünürəm ki, bu baş verməli idi", Bayden impiçment prosesi barədə danışərkən bildirib.
SalamNews RT-yə istinadən xəbər verir ki, Amerika prezidenti impiçmentlə bağlı qərarın müvafiq səs toplayacağına və Trampın günahkar elan ediləcəyinə şübhə edir.
Bayden bildirib ki, əgər Tramp vəzifədə daha altı ay qalsaydı prosesin nəticəsi fərqli olardı.
|