Gürcüstan XİN rəhbəri koronavirusa yoluxub27 Yanvar 2021, 11:58 (GMT +4) Bakı, 27 yanvar, SalamNews. Gürcüstan Xarici İşlər Naziri David Zalkalianinin koronavirusa yoluxması barədə məlumatlar təsdiq edilib.
SalamNews yerli KİV-lərə istinadən xəbər verir ki, bu barədə nazir özü sosial şəbəkədə məlumat verib.
Zalkaliani hazırda özünü yaxşı hiss etdiyini və evdə müalicə edildiyini yazıb.
Nazir, COVID-19-a yoluxmuş şəxslə görüşdüyünü bildirib.
|