Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

“Keşikçidağ” qoruğuna gedən yeni avtomobil yolunun inşasına start verilib

27 Yanvar 2021, 15:10 (GMT +4)

Bakı, 27 yanvar, SalamNews. 2021-ci ildə yenidən qurulması və əsaslı şəkildə bərpası nəzərdə tutulmuş avtomobil yolları ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin tərtib etdiyi tədbirlər planına əsasən, kompleks yenidənqurma və tikinti işlərinə start verilib.

SalamNews xəbər verir ki, bu barədə qurumun açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, məhz bu çərçivədə Ağstafa rayonunda “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğuna gedən yeni avtomobil yolunun inşasına start verilib.

“Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğuna gedən yeni avtomobil yolu başlanğıcını yerli əhəmiyyətli Ağstafa-Poylu-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 38-ci km-dən götürür. II texniki dərəcəyə uyğun olaraq inşa edilən avtomobil yolunun uzunluğu 32 km təşkil edir.

Layihə çərçivəsində yolun torpaq yatağının eni 15 metr, asfalt-beton örtüyünün eni isə 9 metrdir.

Hazırda yeni yol boyu yararsız qrunt qazılaraq çıxarılır, əvəzinə yararlı çınqıl materialı tökülərək kipləşdirmə işləri aparılaraq yeni yol yatağı inşa edilir. Bundan başqa yolun relyefdən aşağı olan hissələrində torpaq yatağının qaldırılması üçün işlər görülür, yolun normativ eninin alınması üçün müəyyən hissələrdə qaya tipli süxurlar mexanizmlə kəsilərək, yol yatağı genişləndirilir.

Bu işlərə paralel olaraq yolun altından suların ötürülməsi üçün yeni suötürücü borular quraşdırılması, həmçinin digər süni qurğuların inşası işləri də icra olunur.

Layihənin sonuncu mərhələsində avtobus dayanacaqlarının inşası, avtonəqliyyat vasitələrinin normal hərəkətini təmin etmək məqsədi ilə yol nişanı, km göstəricisi və məlumatverici lövhələrin, həmçinin siqnal dirəklərinin quraşdırılması işlərinin aparılması da nəzərdə tutulur.


Bütün işlər texnoloji ardıcıllığa uyğun olaraq və yüksək keyfiyyətlə aparılır. İşlərin nəzərdə tutulmuş müddət ərzində icra olunaraq yekunlaşdırılması üçün tikinti sahəsinə kifayət qədər qüvvə cəlb olunub.

Təxminən 6-cı əsrə aid edilən “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun turizm əhəmiyyəti nəzərə alınaraq və turistlərin bu abidəni ziyarət etməsini asanlaşdırmaq üçün inşa edilən yeni avtomobil yolu regionun potensial imkanlarının genişləndirilməsi və turizmin inkişafı baxımından önəmli rola malikdir. Layihənin reallaşması yeni turizm marşrutlarının yaranmasına da şərait yaradacaq.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

AAYDA gücləndirilmiş iş rejiminə keçib

AAYDA ötən il 1 400 km-ə yaxın yolda iş görüb

AAYDA: Şimal-qərb istiqamətində yeni yolun və körpülərin inşasına başlanılıb (FOTO)

AAYDA: 3 sərhəd-keçid məntəqəsi arasında avtomobil yolu genişləndirilir

AAYDA: M1 magistralının bir hissəsində təmir-bərpa işlərinin ilk mərhələsi bitir

AAYDA: Şamaxıdakı Şəhriyar-Kələxana avtomobil yolu yenidən qurulub

AAYDA: Xırdalan dairəsində yeni tikilən körpüdə işlər bitmək üzrədir

AAYDA: Gürcüstanla dövlət sərhədinə qədər yolun genişləndirilməsi davam etdirilir

Prezident İlham Əliyev AAYDA-ya 8,3 milyon manat ayırıb

AAYDA: Nərimanov rayonunun yol problemi həll edilir

AAYDA: Pirşağı qəsəbəsinin bütün küçələri təmir edilir

AAYDA 5 minə yaxın aztəminatlı ailəyə ərzaq yardımı ilə dəstək olub

AAYDA daha 1 500 aztəminatlı ailəyə ərzaq yardımı ilə dəstək olub

AAYDA Koronavirusla Mübarizəyə Dəstək Fonduna 300 min manat vəsait köçürüb

AAYDA sürücülərə sürət həddinə əməl etmələri ilə bağlı çağırış edib

Prezident İlham Əliyev AAYDA-nın İdarə Heyətinin sədrini qəbul edib

AAYDA bu ilin I rübünə yekun vurub

AAYDA-nın idarə heyətinin sədri vətəndaşları qəbul edib

AAYDA: Bəzi yollarda təmir işləri aparılacaq

AAYDA avtomobil yollarındakı vəziyyətlə bağlı məlumat yayıb

01 Mart 2021, 11:30 (GMT +4)
Bakıda bankomat kartlarından oğurluq edən şəxs saxlanılıb

01 Mart 2021, 11:15 (GMT +4)
DİN: Həftəsonu yol qəzalarında 3 nəfər ölüb

01 Mart 2021, 11:14 (GMT +4)
İranın Qum şəhərində Qarabağla bağlı beynəlxalq konfrans keçirilir

01 Mart 2021, 11:05 (GMT +4)
Çexiya Baş naziri və ailəsini öldürməklə hədələyiblər 

01 Mart 2021, 11:00 (GMT +4)
Ceyhun Bayramov: Multikultural cəmiyyət kimi daha yaxşı gələcək qurmağa sadiqik

01 Mart 2021, 10:58 (GMT +4)
Tramp yeni partiyanın yaradılması iddialarını rədd edib

01 Mart 2021, 10:56 (GMT +4)
2 şahmatçımız FİDE-nin yeni reytinq cədvəlində irəliləyib

01 Mart 2021, 10:52 (GMT +4)
İran sanksiyalar götürülmədən ABŞ-ın olduğu qrupla müzakirə masasına oturmayacağını bildirib

01 Mart 2021, 10:45 (GMT +4)
Cəlilabad bələdiyyəsinin sədri məsuliyyətə cəlb edilib

01 Mart 2021, 10:30 (GMT +4)
Kapital Bank-ın dəstəyi ilə daha bir “YAŞA” mərkəzi fəaliyyətə başlayıb

01 Mart 2021, 10:15 (GMT +4)
MN Ağdam rayonunun Güllücə kəndindən videogörüntülər yayıb (VİDEO)

01 Mart 2021, 10:00 (GMT +4)
Meksikalı parlamentar Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar bəyanat yayıb

01 Mart 2021, 09:59 (GMT +4)
İran Türkiyənin Tehrandakı səfirini XİN-ə çağırıb

01 Mart 2021, 09:45 (GMT +4)
İran səfiri Türkiyə XİN-ə çağırılıb

01 Mart 2021, 09:45 (GMT +4)
Əfv Komissiyasının növbəti iclası sabah keçiriləcək

01 Mart 2021, 09:32 (GMT +4)
Bu gün Qarabağla bağlı işçi qrupunun dördüncü iclası keçiriləcək

01 Mart 2021, 09:24 (GMT +4)
İsrail Dəməşqin ətrafını hədəfə alıb, havadan müdafiə cavab verib (VİDEO)

01 Mart 2021, 09:15 (GMT +4)
Peruda Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

01 Mart 2021, 09:05 (GMT +4)
Gürcüstan Azərbaycanla birbaşa uçuşları bərpa edir

01 Mart 2021, 09:00 (GMT +4)
Bu gündən Azərbaycan vətəndaşları Gürcüstana yeni qaydalarla səfər edə biləcək

01 Mart 2021, 01:00 (GMT +4)
"İnter" 3 xalı 3 cavabsız qolla qazanıb - (VİDEO)

28 Fevral 2021, 23:45 (GMT +4)
SalamNews İnformasiya Agentliyinin fəaliyyətə başlamasından 11 il ötür

28 Fevral 2021, 23:40 (GMT +4)
"Trabzonspor" "Fənərbaxça"ya minimal hesabla uduzub - (VİDEO)

28 Fevral 2021, 22:19 (GMT +4)
"Arsenal" "Lester"ə qalib gəlib - (VİDEO)

28 Fevral 2021, 18:49 (GMT +4)
Güləşçilərimiz Kiyevdə daha 3 medal qazanıb

28 Fevral 2021, 18:38 (GMT +4)
"Yuventus" səfərdə xal itirib - (VİDEO)

28 Fevral 2021, 13:12 (GMT +4)
"Qalatasaray" "Ərzurumspor"u 2 qolla məğlub edib - (VİDEO)

28 Fevral 2021, 11:31 (GMT +4)
"Mançester Siti" doğma meydanda qələbəyə sevinib - (VİDEO)

27 Fevral 2021, 17:00 (GMT +4)
Ombudsman: Ermənistan etnik nifrət siyasətindən çəkinməli və iki xalqın dinc yanaşı yaşamasını bərpa etməlidir

27 Fevral 2021, 16:57 (GMT +4)
İrəvanda təxminən on min nəfərin iştirakı ilə müxalifətin mitinqi keçirilir

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66