Almaniya XİN: Muzdlular Dağlıq Qarabağda Azərbaycanın tərəfində döyüşməyib27 Yanvar 2021, 12:20 (GMT +4) Bakı, 27 yanvar, SalamNews. Almaniya xarici muzdluların Qarabağdakı döyüşlərdə Azərbaycan tərəfində vuruşduğuna dair heç bir dəlil tapmayıb.
SalamNews -un xarici mətbuata istinadən verdiyi xəbərə görə, bunu AŞPA-nın qış sessiyasında Avropa Şurası Nazirlər Komitəsinin sədri, Almaniyanın xarici işlər naziri Hayko Maas açıqlayıb.
"Siz deyirsiniz ki, Azərbaycan Dağlıq Qarabağdakı hərbi əməliyyatlarda xarici muzdlulardan istifadə edib? Bu günə qədər bununla bağlı heç bir dəlil tapılmayıb", erməni millət vəkilinin sualını cavablandıran Maas bildirib.
|