Təhsil Nazirliyi dərslərin həftədə 3 dəfə keçirilməsinin səbəbini açıqlayıb27 Yanvar 2021, 16:38 (GMT +4) Bakı, 27 yanvar, SalamNews. Təhsil Nazirliyi ibtidai siniflərdə dərslərin həftədə 3 dəfə keçirilməsi məsələsinə aydınlıq gətirib.
SalamNews-un xəbərinə görə, nazirliyin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Vəfa Yaqublu deyib ki, Bakı, Sumqayıt və Abşerondakı məktəblərdə ibtidai siniflərdə şagird sıxlığı nəzərə alınmadan dərslər həftədə 3 dəfə keçiriləcək.
O qeyd edib ki, belə qərar verilməsinə səbəb həmin ərazilərin risk qrupuna aid olması və orada şəhərdaxili hərəkətliliyi azaltmaqdır: “Regionlarda isə əgər sinifdaxili sıxlıq imkan verərsə, orada dərslərin həftədə 3 dəfə keçirilməsi təşkil olunacaq. Əgər hər şey qaydasındadırsa, şagirdlərin tək-tək partalarda oturma şəraiti olsa, o zaman dərslər həftədə 5 dəfə keçiriləcək”.
|