Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin yeni filialı açılıb

27 Yanvar 2021, 16:46 (GMT +4)

Bakı, 27 yanvar, SalamNews. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) ilə bölgələrdə fəaliyyət göstərən tibb müəssisələri arasında səmərəli əlaqələndirməni təmin etmək məqsədi ilə Agentliyin strukturuna daxil olan Ağcabədi filialı fəaliyyətə başlayıb.

SalamNews xəbər verir ki, bununla da Agentliyin fəaliyyət göstərən filiallarının sayı 8-ə çatıb.

Belə ki, Gəncə, Mingəçevir, Şəki, Ağcabədi, Quba, Şamaxı, Şirvan və Lənkəran filialları Agentliyin İdarə Heyəti tərəfindən müəyyən edilmiş inzibati ərazi vahidləri üzrə fəaliyyət göstərirlər.

Agentliyin Gəncə filialı Gəncə və Naftalan şəhərlərini, Samux, Goranboy, Göygöl, Daşkəsən, Xocalı və Kəlbəcər rayonlarını, Mingəçevir filialı Mingəçevir şəhəri, Yevlax, Ağdaş, Bərdə və Tərtər rayonlarını, Şəki filialı Şəki, Balakən, Zaqatala, Qax, Oğuz və Qəbələ rayonlarını, Ağcabədi filialı Ağdam, Ağcabədi, Beyləqan, Füzuli, Laçın və Xocavənd rayonlarını, Quba filialı Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzən rayonlarını, Şamaxı filialı Şamaxı, Ağsu, İsmayıllı və Qobustan rayonlarını, Şirvan filialı Şirvan, Hacıqabul, Sabirabad, Saatlı və İmişli rayonlarını, Lənkəran filialı Lənkəran, Masallı, Yardımlı, Lerik və Astara rayonlarını əhatə edir.

İcbari tibbi sığorta sistemi çərçivəsində tibbi xidmətlərdən istifadə edilməsində əhali üçün bərabər şərtlər yaratmaq, sistemi əhali üçün əlçatan etmək və digər bu kimi məsələlər filialların fəaliyyət istiqamətləridir.

Filiallar Xidmətlər Zərfi çərçivəsində əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi istiqamətində tədbirlər görmək, tibbi xidmətlərin həcmini və keyfiyyətini yoxlamaq, ilkin səhiyyə xidmətinin təşkilinə və vətəndaşların ilkin səhiyyə xidmətinə təhkimolunma prosesinə nəzarət etmək vəzifələrinə malikdir. Habelə, icbari tibbi sığortanın təbliği və bu istiqamətdə əhalinin maarifləndirilməsi məqsədilə tədbirlər görmək, vətəndaşları qəbul etmək və icbari tibbi sığorta sistemində sığorta olunan şəxslərin hüquqlarının müdafiəsinə təminat vermək filialların vəzifələri sırasındadır.

Agentliyin Regional mərkəzlərlə iş şöbəsinin müdiri Emin Hüseynovun sözlərinə görə, filiallar icbari tibbi sığorta sahəsində Agentliyin fəaliyyətinə dəstək göstərəcəklər: “Filiallar tibb müəssisələri tərəfindən təqdim olunan icbari tibbi sığorta çərçivəsində göstərilmiş tibbi xidmətlər üzrə reyestrlərin qiymətləndirilməsində, məlumatların araşdırılmasında, habelə tibb müəssisələrində istifadəyə verilmiş proqram təminatının idarəedilməsi ilə bağlı yarana biləcək texniki problemlərin həlli istiqamətində müvafiq tədbirlər görəcəklər”.

Filiallara rəhbərlik edən şəxslər, filialların əhatə etdiyi inzibati ərazilərdə fəaliyyət göstərən dövlət tibb müəssisələrinin, həkim və orta tibb işçilərinin sayı və s. barədə ətraflı məlumatlarla Agentliyin saytında yerləşdirilən interaktiv xəritədən tanış ola bilərsiniz.

Ümumilikdə Agentliyin 11 filialının fəaliyyəti nəzərdə tutulur.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin “1542” Çağrı mərkəzinə ötən il 133574 müraciət daxil olub

Ötən il icbari tibbi sığortanın tətbiq edildiyi ərazilərdə ürək-damar cərrahiyyəsi üzrə 1252 əməliyyat keçirilib

İcbari tibbi sığorta üzrə ən çox müraciət olunan xidmətlər açıqlanıb

Gələn ilin yanvarın 1-dən icbari tibbi sığorta haqlarının toplanmasına başlanılacaq

İşəgötürənlər işçilərinin icbari tibbi sığortalanmasını təmin edəcək

Nazirlər Kabineti icbari tibbi sığorta ilə bağlı qərarın izahını verib

Prezident: İcbari Tibbi Sığorta Agentliyinin və TƏBİB-in fəaliyyətini yüksək qiymətləndirirəm

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə 97 milyon manat ayrılıb

İcbari tibbi sığortanın II mərhələdə tətbiqi iyulda həyata keçiriləcək

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi vətəndaş qəbulunu dayandırıb

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin elektron xidməti “myGov” portalına inteqrasiya olunub

Müvəqqəti qeydiyyatı olan şəxslər icbari tibbi sığortadan necə yararlana bilər? (AÇIQLAMA)

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi KİV-lərə müraciət edib

İcbari Tibbi Sığorta üzrə 242 nəfər dəyəri yüksək olan əməliyyatlardan yararlanıb

Azərbaycanda icbari tibbi sığorta sahəsində görülən son yeniliklər açıqlanıb

Culfada icbari tibbi sığorta tətbiq edilib, işçilərin maaşları artırılıb

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin 3 filialı fəaliyyətə başlayıb

Ekspert: İcbari tibbi sığortanın tətbiqi 2020-ci ilin ən böyük sosial islahatlarından biri olacaq

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi vətəndaşlara müraciət edib

Azərbaycan müasir icbari tibbi sığorta sisteminin tətbiqinə hazırdır

25 Fevral 2021, 14:21 (GMT +4)
Bakıda şəhid ailələri və müharibə əlillərinə mənzillərin təqdim olunması mərasimi keçirilib

25 Fevral 2021, 14:15 (GMT +4)
Co Bayden COVID-19 ilə əlaqədar ABŞ-da fövqəladə rejimin müddətini uzadıb

25 Fevral 2021, 14:08 (GMT +4)
Dövlət Xidməti: Çörəyin pərakəndə satış qiymətində heç bir artım yoxdur

25 Fevral 2021, 13:54 (GMT +4)
Prezident İlham Əliyev Şağan Reabilitasiya Pansionatının açılışında iştirak edib (FOTO)

25 Fevral 2021, 13:45 (GMT +4)
KİV: Ermənistan tərəfindən Qarabağda yerləşdirilmiş minaların ümumi dəyəri 340 milyon dollara çata bilər

25 Fevral 2021, 13:33 (GMT +4)
Əfqanıstanın qərbində posta hücum nəticəsində 6 təhlükəsizlik işçisi həyatını itirib

25 Fevral 2021, 13:24 (GMT +4)
Qarda yıxılaraq xəsarət alanların sayı 71-ə çatıb 

25 Fevral 2021, 13:11 (GMT +4)
DİN: Sabah “Ana harayı” abidəsini ziyarət əvvəlki illərdən fərqli təşkil ediləcək

25 Fevral 2021, 13:00 (GMT +4)
Böhrandan zərər çəkənlərə xidmətlər göstərmək üçün xüsusi otaqlar yaradılıb

25 Fevral 2021, 12:54 (GMT +4)
Paşinyan SQ Baş Qərərgahının açıqlamasını şərh edib: Bu çevriliş cəhdidir

25 Fevral 2021, 12:47 (GMT +4)
Ermənistan Baş Qərargahı Paşinyanın istefasını tələb edir

25 Fevral 2021, 12:45 (GMT +4)
Şamaxıda qanunsuz ov edən şəxslər saxlanılıb

25 Fevral 2021, 12:34 (GMT +4)
Mütəhhəri İran prezident seçkilərinə namizədliyini irəli sürüb

25 Fevral 2021, 12:30 (GMT +4)
Ermənistan işğal etdiyi ərazilərə 30 il ərzində 340 milyon dollar dəyərində mina basdırıb

25 Fevral 2021, 12:23 (GMT +4)
Kapitolinin təmiri üçün 30 milyon dollardan çox vəsait tələb olunacaq

25 Fevral 2021, 12:15 (GMT +4)
“Azərişıq” sahibkarlara müraciət edib

25 Fevral 2021, 12:00 (GMT +4)
DİN: İşğaldan azad olunmuş ərazilərə keçməyə cəhd göstərən şəxslər saxlanılıb

25 Fevral 2021, 11:45 (GMT +4)
Gürcüstanda daha 362 nəfərə koronavirus diaqnozu qoyulub

25 Fevral 2021, 11:45 (GMT +4)
Bakıda keçmiş məhkumda “Kalaşnikov” aşkarlanıb

25 Fevral 2021, 11:30 (GMT +4)
KOBİA: "Fintech"in tətbiqi "kölgə iqtisadiyyatı"ndan çıxmağa imkan verir

25 Fevral 2021, 11:22 (GMT +4)
İmam Əlinin məqbərəsi mövlud münasibətilə bəzədilib (VİDEO)

25 Fevral 2021, 11:20 (GMT +4)
Si Tzinpin Çində yoxsulluq üzərində "tam zəfər" əldə edildiyini elan edib

25 Fevral 2021, 11:10 (GMT +4)
MN Qubadlı rayonunun Yusifbəyli kəndindən videogörüntülər yayıb (VİDEO)

25 Fevral 2021, 10:51 (GMT +4)
ABŞ hökuməti vəd etdiyi kimi Yəmənlə bağlı siyasətini dəyişməyib – Yəmənin Ənsarulla hərəkatı

25 Fevral 2021, 10:50 (GMT +4)
Bayden Trampın Kubaya qarşı sanksiyalarının müddətini uzadıb

25 Fevral 2021, 10:50 (GMT +4)
Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb

25 Fevral 2021, 10:34 (GMT +4)
Premyer Liqada 17-ci turun oyunları keçirilir

25 Fevral 2021, 10:30 (GMT +4)
ETSN: Ən aşağı temperatur göstəriciləri şimal-şərq rayonlarında olub

25 Fevral 2021, 10:16 (GMT +4)
ABŞ BMT İnsan Haqları Şurasına geri qayıdır

25 Fevral 2021, 10:15 (GMT +4)
Hava şəraiti ilə əlaqədar paytaxtda baş vermiş yol qəzalarının sayı açıqlanıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66