Türk elm adamları koronavirusu bir dəqiqədə məhv edən sprey hazırlayıblar27 Yanvar 2021, 15:26 (GMT +4) Bakı, 27 yanvar, SalamNews. Bursadakı Uludağ Universitetinin Mikrobiologiya Bölməsinin əməkdaşları koronavirusa qarşı burun spreyi hazırlayıb. Onlar spreyin bir dəqiqədə virusu məhv edə biləcəyini iddia edir.
SalamNews -un xəbər verdiyi kimi, bu barədə "Daily Sabah" qəzeti məlumat yayıb.
"Genoxyn" adlı sprey, professor Şehime Gülsün Temel və Dr. Ahmet Yumit Sabancı və Güneyt Özakin tərəfindən hazırlanıb.
Sabancının sözlərinə görə, araşdırmalar koronavirus pandemiyasından əvvəl başlayıb.
|