Bölgədəki bütün ölkələrin ərazi bütövlüyü əhəmiyyətlidir - Cavad Zərif27 Yanvar 2021, 16:40 (GMT +4) Bakı, 27 yanvar, SalamNews, B,Samid. “Regionda bütün ölkələrin milli hakimiyyəti, müstəqilliyi və ərazi bütövlüyü, o cümlədən Ermənistanın ərazi bütövlüyü, həmçinin bölgənin bütün millətlərinin hüquqlarının riayət edilməsi İran üçün əhəmiyyətlidir. Ermənistanın ərazi bütövlüyü də qırmızı xətdir.”
SalamNews İranın Xarici İşlər Nazirliyinin saytına istinadla xəbər verir ki, bunu XİN rəhbəri Məhəmməd Cavad Zərif Yerevana səfəri çərçivəsində deyib.
Cavad Zərif ermənistanlı həmkarı Ara Eyvazyanla görüşü zamanı bildirib ki, İran İslam Respublikası bölgədə bütün ölkələrin ərazi bütövlüyünün qorunmasına əhəmiyyət verir.
O bildirib ki, Ermənistanın ərazi bütövlüyü də qırmızı xətt hesab edilir.
Cavad Zərif bu görüşdə “Ermənistanın baş naziri Nikol Paşinyanın bölgədə qarşıdurmanın dayandırılması ilə bağlı qərarının əhəmiyyətli olduğunu” bildirib.
O deyib:
“Ermənistan baş nazirinin gələcəyə doğru irəliləməklə bağlı qərarı şücaətli və mühümdür. İran İslam Respublikası bir qonşu ölkə kimi bütün növ narahat edici qarşıdurmalardan zərər çəkən dövlət kimi bu qərarları alqışlayır.”
İranın xarici işlər naziri səfərinin sonunda verdiyi açıqlamada bildirib ki, Yerevan səfərində bir sıra qarşılıqlı və bir neçə tərəfli əməkdaşlıq layihələri müzakirə edilib.
|