Bayden İqlim Dəyişikliyi ilə mübarizə haqqında fərmanlar imzalayıb28 Yanvar 2021, 11:31 (GMT +4) Bakı, 28 yanvar, SalamNews. ABŞ Prezidenti Co Bayden iqlim dəyişikliyi ilə mübarizə üçün üç fərman imzalayıb.
SalamNews -un TASS-a istinadən verdiyi xəbərə görə, imzalanma mərasimi Ağ Evin saytında aparılıb.
"Mənim fikrimcə, bu iqlim böhranı ilə mübarizədən əvvəl çox gözlədik. Artıq gözləyə bilmərik", deyə Amerika lideri sənədləri imzalamadan əvvəl deyib.
"Bu [iqlim böhranı] varlığımız üçün təhdiddir", Bayden bildirib.
|