ABŞ hökuməti Tramp Administrasiyasının fələstinlilərə qarşı bəzi qərarlarını ləğv edəcəyini bildirib28 Yanvar 2021, 12:17 (GMT +4) Bakı, 28 yanvar, SalamNews, B,Samid. ABŞ hökuməti Fələstin Azadlıq Təşkilatının Vaşinqtondakı nümayəndəliyinin yenidən açılacağı, habelə BMT-nin Fələstinli qaçqınlar üzrə agentliyinə qarşı sabiq qərarları dəyişəcəyi vədini verib.
SalamNews RT.Arabic-ə istinadla xəbər verir ki, bunu ABŞ-ın BMT-dəki daimi nümayəndəsinin müavini Riçard Mils deyib.
O bildirib ki, ölkəsi Fələstin Azadlıq Təşkilatının Vaşinqtondakı nümayəndəliyinin yenidən açılması istiqamətində addımlara başlayacaq. Həmçinin əlavə edilib ki, ABŞ BMT-nin Fələstinli qaçqınlar üzrə agentliyi UNRWA-a qarşı sabiq qərarları dəyişəcək və bu agentliyə dəstəyini bərpa edəcək.
R.Mils bildirib ki, Qüdsün şərqində Fələstin üzrə konsulluğun açılması istiqamətində də addımlar atılacaq.
Qeyd edək ki, Tramp prezidentliyi dövründə Qüdsü İsrailin paytaxtı elan edib, Fələstin Azadlıq Təşkilatının Vaşinqtondakı nümayəndəliyini bağlayıb, UNRWA-a dəstəyi dayandırıb və İsraildəki səfirliyini Təl-Əvivdən Qüdsə köçürüb.
|