Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

ETSN: Azərbaycanda vəhşi heyvan və quşların sayı artıb

28 Yanvar 2021, 16:33 (GMT +4)

Bakı, 28 yanvar, SalamNews. "Apardığımız müşahidələr, müxtəlif foto və video çəkilişlər göstərir ki, ov mövsümünün bağlı olduğu dövrdə vəhşi heyvan və quşların sayı Azərbaycanda əhəmiyyətli dərəcədə artıb".

SalamNews-un məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədri Mələk Şükürova bildirib.

O qeyd edib ki, bu artıma iki aspektdən yanaşmaq lazımdır.

“Birincisi, ova qoyulan qadağalar heyvan və quşların populyasiyasına müsbət təsir göstərir. Yəni ki, daha az heyvan vurulur, heyvanlar odlu silahın səsindən yaşadığı arealları tərk etmir. İkinci vacib məsələ isə aparılan mühafizə tədbirləridir. Bu sahədə kifayət qədər ciddi nəzarət tədbirləri həyata keçirildiyindən, mühafizə düzgün qurulduğundan bir çox növlərin artımı müşahidə olunur”.

İctimai Şuranın sədri qeyd edib ki, bütün görülən işlərə paralel olaraq maarifləndirmə tədbirlərinin həyata keçirilməsi də bu sahədə yüksək göstəricilərin əldə olunmasına böyük təkan verib:

“Buna Şərqi Qafqaz Turunu (Dağıstan turu) nümunə göstərmək olar. Bu növ əsasən Qafqazda yaşayır, qonşu ölkələrdə sayı az miqdarda qalıb. Amma Azərbaycanda bu növün sayı artmaqdadır. Bunu son günlərdə Oğuz, Qəbələ, Şəki və Qusar regionlarında Dağıstan turununun çəkilmiş foto-video görüntüləri və aparılan sayğılar deməyə əsas verir”.

M.Şükürova vurğulayıb ki, bu artım ölkəmizdə qanunsuz ov hallarının qarşısının alınması məqsədilə aparılan nəzarət, mühafizə və maarifləndirmə tədbirlərinin nəticəsidir.





Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

FHN və ETSN meşə yanğınları ilə bağlı birgə təlim keçirib

ETSN Xəzərdəki hadisə ilə bağlı rəsmi məlumatların gec verilməsinin səbəblərini açıqlayıb

ETSN: Yaxın 3 gün ərzində Bakıda mülayim şimal küləyi əsəcək

ETSN: Havada toz dumanı həftə sonuna qədər davam edəcək

ETSN-də Türkiyənin Azərbaycandakı səfiri ilə görüş keçirilib

ETSN: Gələcəkdə su çatışmazlığının qarşısını almaq üçün tədbirlər planlaşdırılır

ETSN: Axşam saatlarında küləyin tədricən zəifləyəcəyi gözlənilir

ETSN: Füzulidə 57 hektar meşə sahəsi və 11 təbiət abidəsi məhv edilib

ETSN: Külək gecəyə doğru səngiyəcək

ETSN Bakıda ağac kəsilməsi ilə bağlı prokurorluğa müraciət edəcək

ETSN: Havada toz dumanı müşahidə olunur

ETSN ərəb turistlərin görüntüləri ilə bağlı növbəti açıqlama yayıb

ETSN: Bu gün ölkə ərazisində 15 minə yaxın müxtəlif cinsli ağac əkilib

ETSN: Azərbaycanda dağlıq ərazilərdə martın əvvəlində qarölçmə işlərinə başlanılacaq

ETSN: Ən aşağı temperatur göstəriciləri şimal-şərq rayonlarında olub

ETSN: Dumanlı hava şəraiti sabah da davam edəcək

ETSN: Badamdardakı sürüşmə əsasən təbii amillərin təsirindən baş verib

ETSN: Ermənilər Qubadlıda yaşı 150-300 il olan Şərq çinarlarını məhv ediblər

ETSN: Ermənilərin ekoloji terroru ilə bağlı 31 təşkilata müraciət edilib

ETSN Erməni təcavüzü barədə beynəlxalq konvensiyaların katibliklərinə müraciət edib

31 İyul 2021, 12:54 (GMT +4)
İsrail Oman dənizindəki hücumun İran tərəfindən həyata keçirildiyini iddia edib

31 İyul 2021, 12:48 (GMT +4)
Siyəzəndə qaydaları pozan şadlıq sarayının rəhbərliyi məsuliyyətə cəlb olunub

31 İyul 2021, 12:38 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

31 İyul 2021, 12:28 (GMT +4)
XİN: “Ermənistan Azərbaycanın beynəlxalq sərhədləri çərçivəsində ərazi bütövlüyünü bərpa etdiyini qəbul etmək istəmir”

31 İyul 2021, 12:18 (GMT +4)
İŞİD İraqda yas məclisinə hücum edib, azı dörd ölü var

31 İyul 2021, 12:17 (GMT +4)
İran Türkiyəyə saniyədə 4 ton su vuran İLLUSİON-76 təyyarəsi göndərir

31 İyul 2021, 12:10 (GMT +4)
Azərbaycanda hərbi xidmətə növbəti çağırış başa çatıb

31 İyul 2021, 11:59 (GMT +4)
ABŞ Rusiyadakı diplomatik nümayəndəliklərində 182 əməkdaşı işdən azad edəcək

31 İyul 2021, 11:50 (GMT +4)
İran Səhiyyə Nazirliyi ölkənin 29 əyalətində koronavirusun “Delta” ştammının yayıldığını bildirib

31 İyul 2021, 11:49 (GMT +4)
Nazir: Şəhid ailələrinə sosial ödənişlərin təyinatı yekunlaşmaq üzrədir

31 İyul 2021, 11:42 (GMT +4)
Tokio-2020-də 20 idmançımız qalıb

31 İyul 2021, 11:37 (GMT +4)
Prezident Flora Kərimovanı “Şərəf” ordeni ilə təltif edib

31 İyul 2021, 11:27 (GMT +4)
Bezos dünyanın ən varlı adamı olmaq statusunu itirib

31 İyul 2021, 11:26 (GMT +4)
Baş Prokuror deputat Eldəniz Səlimovun toxunulmazlığına xitam verilməsi üçün Milli Məclisə təqdimat verib

31 İyul 2021, 11:16 (GMT +4)
Suriya-Livan sərhədində meşə yanğınları tam şəkidə söndürülüb (FOTO)

31 İyul 2021, 11:13 (GMT +4)
Cəlilabadda karantin qaydalarını pozan şadlıq evi 4000 manat cərimələnib

31 İyul 2021, 11:06 (GMT +4)
"Beşiktaş" "Sportinq"in futbolçusunu icarəyə götürüb

31 İyul 2021, 11:02 (GMT +4)
Türkiyədə 85 meşə yanğınından 74-ü söndürülüb

31 İyul 2021, 10:55 (GMT +4)
DİN: Azərbaycanda partiya sədrinin sürücüsü azyaşlı qızı döyüb

31 İyul 2021, 10:47 (GMT +4)
Taliban Əfqanıstanın şərqində ən böyük şəhər olan Hərata hücuma keçib

31 İyul 2021, 10:40 (GMT +4)
Azərbaycanda “Aİ-95” markalı benzinin bahalaşmasının səbəbləri açıqlanıb

31 İyul 2021, 10:33 (GMT +4)
Tokio-2020: Boksçumuz Cavid Çələbiyev mübarizəni dayandırıb

31 İyul 2021, 10:30 (GMT +4)
Dünyada COVID-19-a yoluxanların sayı 200 milyona yaxınlaşır

31 İyul 2021, 10:26 (GMT +4)
DİN: Ötən gün COVİD-19 pasportu olmayan 2 461 nəfər şənliklərə buraxılmayıb

31 İyul 2021, 10:17 (GMT +4)
Azərbaycan neftinin qiyməti 76 dollara yaxınlaşır

31 İyul 2021, 10:15 (GMT +4)
"Qarabağ"ın pley-off mərhələsindəki potensial rəqibləri müəyyənləşib

31 İyul 2021, 10:06 (GMT +4)
İsrail şirkətinə məxsus gəmiyə hücum nəticəsində iki nəfər ölüb

31 İyul 2021, 10:00 (GMT +4)
FHN-in yanğınsöndürmə qüvvələrinin əməkdaşları Türkiyəyə çatıb

30 İyul 2021, 18:48 (GMT +4)
Azercell-dən Türkiyədəki abunəçilərinə dəstək!

30 İyul 2021, 18:01 (GMT +4)
Göyçayda şadlıq sarayının sahibi cərimələnib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66