Qırğızıstanın yeni prezidenti Sadır Japarov rəsmi olaraq vəzifəsinə başlayıb28 Yanvar 2021, 12:28 (GMT +4) Bakı, 28 yanvar, SalamNews. Qırğızıstanın yeni seçilmiş prezidenti Sadır Japarov rəsmi olaraq dövlət başçısı vəzifəsinə başlayıb. SalamNews xəbər verir ki, onun andiçmə mərasimi respublikanın dövlət telekanalında canlı yayımlanır.
Japarov and mətnini oxudu, daha sonra Qırğızıstan Dövlət Filarmoniyasının zalında ona ştandart, sertifikat və prezident nişanı təqdim edildi.
Mərasimdə dövlətin keçmiş liderləri Sooronbay Jeenbekov və Roza Otunbayeva, parlamentin keçmiş spikerləri, 2021 seçkilərində iştirak etmiş prezidentliyə namizədlər, parlamentin deputatları, nazirlik rəhbərləri, respublikada akkreditə olunmuş diplomatlar və KTMT Baş katibi Stanislav Zas iştirak edir.
|