Türkiyəli psixoloqlar qazi və şəhid ailələrinin reabilitasiyasına başlayıb28 Yanvar 2021, 12:45 (GMT +4) Bakı, 28 yanvar, SalamNews. Fövqəladə Hallar Nazirliyinin dəvəti ilə Türkiyədən gələn peşəkar klinik-psixoloq və psixoterapevtlər Vətən müharibəsi nəticəsində mənəvi-psixoloji poblemlər yaşayan vətəndaşların psixoloji reabilitasiyasına başlayıblar.
Nazirlikdən SalamNews-a verilən məlumata görə, yanvarın 22-dən etibarən FHN-in “112” qaynar telefon xətti vasitəsilə mütəxəssislərin qəbuluna yazılan 100-ə yaxın Vətən muharibəsi iştirakçısı, qazi, şəhid ailəsi üzvü, erməni terrorundan zərər görmüş insana psixoterapevtik yardım göstərilib.
Xatırladaq ki, ödənişsiz həyata keçirilən seanslarda iştirak etmək üçün FHN-in “112” qaynar telefon xətti ilə əlaqə saxlamaq lazımdır.
|