Cavad Zərif regiona səfəri çərçivəsində Yerevandan Tiflisə gedib28 Yanvar 2021, 12:59 (GMT +4) Bakı, 28 yanvar, SalamNews, B,Samid. İranın xarici işlər naziri regiona səfəri çərçivəsində Bakı, Moskva və Yerevandan sonra Tiflisə gedib.
SalamNews bu barədə İranın Xarici İşlər Nazirliyinin saytına istinadla məlumat verir.
Bildirilib ki, Cavad Zərif bu gün Tiflisə gedib.
O Tiflisdə mətbuata verdiyi ilk açıqlamasında bölgəyə səfərlərinin əhəmiyyətindən danışıb.
O deyib:
“Bu mənin regiona səfərimin dördüncü hissəsidir. Öncəki səfərlərdə də iki tərəfli və region müstəvisində əməkdaşlıqlardan danışdıq. Bizim regionumuz çox çətin vəziyyəti geridə qoyub. İndi bu çətin şəraiti geridə qoymaq və region müstəvisində əməkdaşlıq üşün yeni fürsətlərdən istifadə etməliyik. Biz gərək xatircəm olaq ki, artıq bölgədə müharibə və qarşıdurma olmayacaq.”
İran mətbuatı açıqlayıb ki, Cavad Zərif Tilfis səfərində Gürcüstanın prezidenti Salome Zurabişvili ilə görüşüb. Lakin o, gürcüstanlı həmkarı ilə üz-üzə görüşə bilməyib və bunun səbəbi də Gürcüstan xarici işlər nazirinin koronavirusla bağlı testlərinin müsbət çıxmasıdır.
|