Rusiyada son sutkada 19.138 nəfərdə koronavirusa yoluxma aşkar edilib28 Yanvar 2021, 14:16 (GMT +4) Bakı, 28 yanvar, SalamNews. Rusiyada, son sutkada 85 bölgədə 19138 koronavirusa yoluxma təsbit edilib. Ümumilikdə, pandemiya başlayandan bəri 3 793 810 nəfərin koronavirusa yoluxduğu təsdit edilib.
SalamNews xəbər verir ki, əsasən yoluxmalar Moskvada (2897), Sankt-Peterburqda (2128) və Moskva bölgəsində (939) qeydə alınıb.
Ən az yoluxma Tuvada (11), Nenets (8) və Çukotka (6) Muxtar Dairələrində qeydə alınıb. Son 24 saat ərzində 575 ölüm hadisəsi qeydə alınıb.
Pandemiya başlayandan ölənlərin ümumi sayı 71.651 nəfər çatıb.
|