İraq baş naziri İŞİD liderinin müavinin öldürüldüyünü bildirib (FOTO)29 Yanvar 2021, 11:54 (GMT +4) Bakı, 29 yanvar, SalamNews, B,Samid. “İŞİD-in İraq üzrə “valisi” və terror təşkilatı liderinin müavini Əbu-Yasir əl-İsavi öldürülüb.”
SalamNews RT.Arabic-ə istinadla xəbər verir ki, bunu İraqın baş naziri Mustafa əl-Kazimi deyib.
İraq baş nazirinin ofisi Mustafa əl-Kaziminin bəyanatını yayımlayıb.
Bəyanatda bildirilir ki, ölkə kəşfiyyatı və ordusunun əməliyyatı nəticəsində İŞİD-in İraq üzrə “valisi” və terror təşkilatı liderinin müavini Əbu-Yasir əl-İsavi öldürülüb.
KİV-lər Əbu-Yasir əl-İsavinin görüntülərini yayımlayıblar.
Qeyd edək ki, İŞiD terror təşkilatı ötən həftə İraqda iki dəfə qanlı hücum həyata keçirib ki, son ildə ən şiddətli hesab edilir. Bağdadda bazarda silsilə partlayışlar nəticəsində 32 mülki şəxs, Səlahəddin əyalətində Haşd-Şabi qüvvələrinə hücumda isə 11 hərbçi şəhid olmuşdu.
|