Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » ELM VƏ TEXNOLOGİYA

"Azercell" PLATİN sertifikatına layiq görülüb

30 Yanvar 2021, 13:32 (GMT +4)

Bakı, 30 yanvar, SalamNews. Ölkənin ən qabaqcıl mobil rabitə təminatçısı “Azercell Telekom”-un həm telekommunikasiya, həm xidmət keyfiyyəti, həm də cəmiyyətin və insanların inkişafı sahəsində fəaliyyəti uzun müddətdir ki, beynəlxalq qurum və təşkilatların diqqət mərkəzindədir. 

Şirkət güclü korporativ idarəçilik və mədəniyyətin, eləcə də, insan resurslarının idarə olunması təcrübəsinin davamlı inkişafının göstəricisi olaraq “Investors in People” (IIP) - İnsana Sərmayə Standartının əsas 9 fəaliyyət göstəricisi üzrə dəyərləndirilərək bu dəfə ən yüksək pillə hesab edilən PLATİN sertifikatına layiq görüldü. “İnsana Sərmayə” standartı şirkət perfomansının inkişafı, işçilərin müasir inkişaf imkanları ilə təmin edilməsi, onların qərar qəbuletmə prosesinə cəlb edilməsi, işçi potensialına fokuslanan effektiv idarəetmə kimi prinsipləri ölçür və daha da inkişaf etdirməyə təşviq edir. Azercell ölkəmizdə Platin sertifikat qazanan ilk şirkət olmaqla yanaşı, MDB məkanında da belə bir uğura imza atan yeganə şirkətidir. Qeyd etmək lazımdır ki, Platin sertifikatı adıçəkilən akkreditasiya mərkəzinin ən yüksək dəyərləndirmə səviyyəsidir və hal-hazırda dünyada fəaliyyət göstərən şirkətlərin yalnız 2% bu statusa layiq görülüb.

“Azercell Telekom” yarandığı ilk gündən etibarən həm bütövlükdə korporativ idarəetmə sahəsində, həm də İnsan Kapitalının idarə olunmasında beynəlxalq təcrübədən yararlanıb. Şirkətin bu sahədə apardığı bütün proseslər,prosedurlar və mövcud idarəçilik sistemi ən müasir beynəlxalq təcrübəyə uyğundur. İlk dəfə olaraq şirkətimiz bu Sertifikatın alınması üçün irəli sürülən tələblərin hamısına cavab verərək 2004-cü ildə həmin Standartı, 2011 və 2014-cü illərdə isə Gümüş, 2018-ci ildə isə Qızıl Sertifikata layiq görülüb. Ötən il keçirilən sertifikasiya zamanı isə Azercell güclü performans göstərməklə işçilərini yüksək səviyyədə idarə etdiyini beynəlxalq səviyyədə bir daha sübut edərək, Platin Sertifikatına layiq görüldü. Onu da vurğulayaq ki, 1996-2020-ci illər ərzində insan qaynaqlarının inkişafına şirkət tərəfindən toplam 25,886,353 ABŞ dolları həcmində sərmayə yatırılıb.

Qeyd edək ki, İnsan Resurslarının İdarə Edilməsi üzrə “Investors in People” Sandart ilk dəfə 1991-ci ildə İngiltərədə tətbiq edilməyə başlayıb. Beynəlxalq səviyyədə mövcud olan Standart 30 illik fəaliyyəti nəticəsində dünya üzrə 66 ölkə və 50.000-dən çox təşkilatı əhatə edir.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

19 İyun 2021, 12:20 (GMT +4)
BMT-nin xüsusi elçisi Myanmada vətəndaş müharibəsinin ola biləcəyini bəyan edib

19 İyun 2021, 12:15 (GMT +4)
Azərbaycanın xarici ticarət dövriyyəsi 9,5 milyard dollar olub

19 İyun 2021, 12:05 (GMT +4)
Azərbaycana satış üçün gətirilən 1 tondan artıq hind quşu dərisi yararsız çıxıb

19 İyun 2021, 11:54 (GMT +4)
Nüvə sazişinin bərpası ilə bağlı danışıqlarin növbəti turu iyulda keçiriləcək

19 İyun 2021, 11:47 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

19 İyun 2021, 11:35 (GMT +4)
AMEA-nın 5 institutunun direktoru vəzifələrinə təsdiqlənib

19 İyun 2021, 11:25 (GMT +4)
Ermənistanda Parlament Seçkilərindən əvvəl "Sükut Günü" elan edilib

19 İyun 2021, 11:19 (GMT +4)
Türk Şurasının Baş katibi: Şuşa Bəyannaməsi bölgədə sülhə xidmət edəcək

19 İyun 2021, 11:10 (GMT +4)
İranda seçkilərin nəticələri rəsmən açıqlanıb: Rəisi ölkənin növbəti prezidentidir

19 İyun 2021, 10:59 (GMT +4)
Vüsal Qasımlı: Azərbaycan iqtisadiyyatının restrukturizasiyası zəruridir

19 İyun 2021, 10:46 (GMT +4)
Rusiyada təyyarə qəzaya uğrayıb, ölən və yaralananlar var

19 İyun 2021, 10:44 (GMT +4)
Həsən Ruhani İran prezident seçkilərində qalib gəlmiş İbrahim Rəisini təbrik edib (VİDEO)

19 İyun 2021, 10:34 (GMT +4)
Azərbaycan nefti cüzi bahalaşıb

19 İyun 2021, 10:22 (GMT +4)
Azərbaycanda ilk jest dili lüğətinin veb-səhifəsinın hazırlanması işləri davam edir

19 İyun 2021, 10:11 (GMT +4)
Türkiyədə zəlzələ baş verib

19 İyun 2021, 10:02 (GMT +4)
İran seçkiləri: İbrahim Rəisinin bütün rəqibləri onu təbrik ediblər

19 İyun 2021, 10:00 (GMT +4)
Ceyhun Bayramov Qaqauz rəhbərinə azad edilmiş ərazilər barədə məlumat verib

19 İyun 2021, 09:49 (GMT +4)
ABŞ Səudiyyə Ərəbistanındakı qüvvələri və silahlarının çoxunu buradan çıxarır

19 İyun 2021, 07:31 (GMT +4)
İran prezident seçkilərində səslərin hesablanmasına başlanılıb

18 İyun 2021, 21:10 (GMT +4)
İranda prezident seçkilərinin vaxtı saat 22.00-a qədər uzadılıb

18 İyun 2021, 18:24 (GMT +4)
"Grand Chess Tour": Teymur Rəcəbov Levon Aronyanla heç-heçə edib 

18 İyun 2021, 18:02 (GMT +4)
AMB uçot dərəcəsini sabit saxlayıb

18 İyun 2021, 17:50 (GMT +4)
"Qəbələ" klubu növbəti transferini reallaşdırıb

18 İyun 2021, 17:48 (GMT +4)
Peskov: Türkiyə ilə uçuşların bərpası məsələsinə qərargah baxır

18 İyun 2021, 17:45 (GMT +4)
İsrail qüvvələri İordan çayının Qərbində daha səkkiz fələstinlini həbs edib

18 İyun 2021, 17:35 (GMT +4)
Prezident İlham Əliyev Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi əməkdaşlarını təltif edib

18 İyun 2021, 17:20 (GMT +4)
Bakıda avtobusla minik avtomobili toqquşub, yaralanan var

18 İyun 2021, 17:10 (GMT +4)
Gürcüstanda koronavirusa yoluxanların sayı 357 min nəfəri keçib

18 İyun 2021, 17:01 (GMT +4)
"Çukariçki" - "Sumqayıt" matçının vaxtı dəyişdirilib

18 İyun 2021, 16:57 (GMT +4)
Azərbaycan Türkiyənin aparıcı şirkəti ilə Anlaşma Memorandumu imzalayıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66