Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Səhiyyə Nazirliyi: Azərbaycanda koronavirusa yoluxma azalıb

01 Fevral 2021, 13:28 (GMT +4)

Bakı, 1 fevral, SalamNews. "Azərbaycanda tətbiq edilən sərt karantin tədbirləri öz müsbət nəticələrini verib. Hazırda ölkədə yoluxma sayların azalması müşahidə olunur. Lakin tətbiq olunan qaydalara əhali tərəfindən riayət olunmazsa, xəstəliyin yenidən artması baş verə bilər. Bununla əlaqədar olaraq xəstəliyin yayılmasının qarşısının alınması məqsədilə 2021-ci ilin yanvar ayının 18-dən Azərbaycanda koronavirus infeksiyasına qarşı peyvəndləmə işlərinə start verilib. Vaksinasiyanın aparılması isə hələ xəstəliyin sona çatması və koronavirus üzərində tam qələbə demək deyil. Bundan sonra bir müddət daha hər kəs karantin rejiminin tələblərinə əməl etməli, sosial məsafə gözləməli, tibbi maska və digər qoruyucu vasitələrdən istifadəyə davam etməlidir. Bu istiqamətdə həyata keçirilən bütün tədbirlər əhalinin təhlükəsizliyinin təmin edilməsinə və onların sağlamlığının qorunmasına xidmət edir".

SalamNews xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Respublika Gigiyena Epidemiologiya Mərkəzinin baş direktor müavini Afaq Əliyeva deyib.

Onun sözlərinə görə, COVID-19 infeksiyasına qarşı vaksinasiyanın aparılmasının əsas məqsədi əhali arasında kollektiv immunitetin yaranması, bu infeksiyanın yayılmasının qarşısının alınması və idarə edilən səviyyəyə çatdırılmasına nail olmaqdır: "Yoluxma halları baş verdikdə belə vaksin vasitəsi ilə qazandığımız anticimlər sayəsində xəstəlik yüngül şəkildə keçiriləcək. Vaksinasiyada əsas məqsəd ağırlaşmaların və ölüm hallarının qarşısını almaqdır. Əhali arasında xəstələnmə nəticəsində yaranan təbii immunitet və eyni zamanda vaksinasiya tədbirləri nəticəsində yaranan süni immunitet əhalinin 70%-də formalaşarsa, epidemik proses sönəcək".

"Ölkədə vaksinasiya tədbirləri mərhələlərlə həyata keçirilir. Birinci mərhələdə əhalinin risk qrupları peyvənd olunacaq. Bu əhali qruplarına ilk növbədə tibb işçiləri, tənəffüs sisteminin xroniki xəstəlikləri olan şəxslər, yaşı 65 yaşdan yuxarı olan insanlar və digərləri aiddir. Azərbaycanda istifadə olunan “CoronaVak “ vaksini təhlükəsiz və effektivdir. Vaksinin effektivliyi klinik tədqiqatlar əsasında yüksək (91,5%) qiymətləndirilib",- A.Əliyeva bildirib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

09 May 2021, 04:29 (GMT +4)
İran Səfirliyi Qarabağdakı ermənilərə yanacağın aparılması iddiasına münasibət bildirib

09 May 2021, 04:09 (GMT +4)
Ramazanın 26-cı gününün duası, iftar və imsak vaxtı

09 May 2021, 01:20 (GMT +4)
Yunan-Roma güləşçimiz Rafiq Hüseynov Olimpiadaya lisenziya qazanıb

09 May 2021, 01:01 (GMT +4)
İngiltərə çempionatı: "Çelsi" səfərdə qələbə qazanıb

09 May 2021, 00:40 (GMT +4)
Türkiyə çempionatı: "Qalatasaray" "Beşiktaş"ı məğlub edib

09 May 2021, 00:30 (GMT +4)
“Bavariya” ardıcıl 9-cu dəfə ölkə çempionu olub

09 May 2021, 00:05 (GMT +4)
Kişi voleybolçulardan ibarət millimiz Avro-2021-də ilk qələbəsini qazanıb

08 May 2021, 22:49 (GMT +4)
Güləşçimiz Rəsul Çunayev lisenziyasız qalıb

08 May 2021, 22:37 (GMT +4)
Azərbaycan Premyer Liqası: “Səbail” “Neftçi”yə, “Keşlə” “Sumqayıt”a uduzub

08 May 2021, 21:24 (GMT +4)
PSJ Neymarla müqaviləni yeniləyib

08 May 2021, 19:41 (GMT +4)
Olimpiya çempionumuz lisenziya qazana bilməyib

08 May 2021, 18:10 (GMT +4)
UEFA 9 Superliqa klubu ilə bağlı qərarı açıqlayıb

08 May 2021, 17:00 (GMT +4)
“Azərişıq” bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək

08 May 2021, 16:54 (GMT +4)
İran Mərakeşin separatçıları dəstəkləməklə bağlı iddialarına münasibət bildirib

08 May 2021, 16:52 (GMT +4)
AFFA-nın icraçı vitse-prezidenti Britaniya səfiri ilə görüşüb

08 May 2021, 16:50 (GMT +4)
Baş Prokurorluqda Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü qeyd edilib (FOTO)

08 May 2021, 16:48 (GMT +4)
Mexikoda metro körpüsünün uçması nəticəsində ölənlərin sayı 26-ya yüksəlib

08 May 2021, 16:45 (GMT +4)
Müdafiə Nazirliyi: Hazırda itkin düşmüş hərbçilərin sayı 19 nəfərdir

08 May 2021, 16:40 (GMT +4)
Azərbaycanda son sutkada 1 720 nəfər koronavirusdan sağalıb, 649 nəfər yoluxub

08 May 2021, 16:34 (GMT +4)
"Sabah" - "Qarabağ" matçı FİFA referisinə tapşırılıb

08 May 2021, 16:30 (GMT +4)
DSX Akade­miyasının 10-cu buraxılış mərasimi keçiril­ib

08 May 2021, 16:27 (GMT +4)
Almaniyada son sutkada 15 mindən çox COVID-19-a yoluxma aşkar edilib

08 May 2021, 16:23 (GMT +4)
"Qarabağ" Portuqaliyada oynayan futbolçu ilə maraqlanır

08 May 2021, 16:20 (GMT +4)
Suraxanıda nişan mərasimi keçirən 57 nəfər cərimələnib

08 May 2021, 16:15 (GMT +4)
Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların yeni siyahısı açıqlanıb

08 May 2021, 16:10 (GMT +4)
Rusiyada son sutkada 8 329 koronavirusa yoluxma aşkar edilib

08 May 2021, 16:00 (GMT +4)
Mayın 9-15-də “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində iş olmayacaq

08 May 2021, 15:46 (GMT +4)
Putin xarici ölkə liderlərini və vətəndaşlarını Qələbə Günü münasibətilə təbrik edib

08 May 2021, 15:45 (GMT +4)
Mayın sonunadək azad edilən ərazilərdə daha 6 hərbi hissə istifadəyə veriləcək

08 May 2021, 15:37 (GMT +4)
Son sutkada Əfqanıstanda 250 Talibançı zərərsizləşdirilib – Müdafiə Nazirliyi

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66