İraqda İŞİD tərəfindən edam edilmiş 400 nəfərin cəsədinin olduğu kütləvi məzarlıq tapılıb01 Fevral 2021, 12:37 (GMT +4) Bakı, 1 fevral, SalamNews, B,Samıd. İraqın Nineva əyalətində təqribən 400 cəsədin olduğu kütləvi məzarlıq tapılıb.
SalamNews əl-Məyadinə istinadla xəbər verir ki, bu barədə İraqın Nineva əyalətinin Polis İdarəsi məlumat verib.
Nineva Əyaləti Polis İdarəsinin verdiyi məlumata görə, əyalətin Təlafir rayonunun Həmidat kəndi ərazisində təqribən 400 cəsədin olduğu kütləvi məzarlıq tapılıb.
Əlavə edilib ki, bu kütləvi məzarlıq son aylarda bölgədə tapılan ikinci məzarlıqdır ki, buradakı cənazələr 2014-cü ildə İŞİD tərəfindən edam edilənlərə aiddirlər.
Qeyd edək ki, İraqın müvafiq qurumları bir neçə gün öncə Nineva əyalətində əl-Xasfa və Uluv-Əntər bölgəsində kütləvi məzarlıqların olması və burada axtarış qazntılarının aparılacağı ilə bağlı xəbər vermişdi. BMT-nin və İraqın müvafiq qurumlarının məlumatına görə İŞİD terror təşkilatının bu ölkədə edam etdiyi şəxslərin basdırıldığı 202 kütləvi məzarlıq barədə məlumatlar var.
|