Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

DTX “Baku Steel Company” MMC-nin rəhbərinin həbsi ilə bağlı məlumat yayıb

03 Fevral 2021, 09:53 (GMT +4)

Bakı, 3 fevral, SalamNews. “Baku Steel Company” MMC-nin Müşahidə şurasının sədri Məmmədov Rasim Hikmət oğlunun tutduğu vəzifədən irəli gələn səlahiyyətlərdən sui-istifadə edərək ölkə ərazisində metallurgiya sənayesinin inkişafına, fiziki və hüquqi şəxslərin hüquqlarına, dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran qanunsuz əməllərə yol verməsi ilə bağlı faktlara dair daxil olmuş məlumatlar Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən araşdırılıb.

DTX-nın İctimai əlaqələr şöbəsindən SalamNews-a verilən məlumata görə, başlanılmış cinayət işi üzrə Rasim Məmmədovun müvafiq vəzifədə işlədiyi dövrdə öz səlahiyyətlərindən qulluq mənafelərinə qəsdən zidd olaraq istifadə edib rəsmiləşdirilmiş satış üzrə müəssisəyə mədaxil edilmiş pul vəsaitlərindən 13 milyon 200 min manatı mənimsəmə yolu ilə talamasına, 42 milyon manat dəyərində istehsal olunmuş məhsulu israf etməsinə, bu əməlləri ilə “Baku Steel Company” MMC-nin maliyyə ehtiyatlarına və davamlı fəaliyyətinə mühüm ziyan vurmasına, həmçinin müxtəlif şəxslərdən külli miqdarda pul vəsaitini aldatma və etibardan sui-istifadə etməklə ələ keçirib təkrar dələduzluq əməllərini törətməsinə əsaslı şübhələr müəyyən olunub.

Rasim Məmmədov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 179.4-cü (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.





Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

23 Sentyabr 2021, 18:02 (GMT +4)
Fotoqraf Reza Deqati Azərbaycan Mətbuat Şurasında olub 

23 Sentyabr 2021, 17:55 (GMT +4)
Sentyabrın 27-də Azərbaycanda Anım Günü qeyd olunacaq

23 Sentyabr 2021, 17:50 (GMT +4)
Rusiyada radardan itən təyyarə tapılıb

23 Sentyabr 2021, 17:45 (GMT +4)
Təhsil Nazirliyi: 30 məktəbə yeni direktor təyin edilib

23 Sentyabr 2021, 17:35 (GMT +4)
Çinli alimlər COVID-19-un mənşəyi ilə bağlı yeni versiya irəli sürüb

23 Sentyabr 2021, 17:33 (GMT +4)
Azərbaycanın paralimpiya yığmalarına yeni baş məşqçilər təyin olunub

23 Sentyabr 2021, 17:22 (GMT +4)
Azərbaycanın XİN başçısı daha 3 ölkədən olan həmkarları ilə görüşüb

23 Sentyabr 2021, 17:15 (GMT +4)
AFFA "Qəbələ"ni 4 min manat məbləğində cərimələyib

23 Sentyabr 2021, 17:10 (GMT +4)
Nazir: “Ermənistanın təcavüzkar siyasətinə rəğmən Azərbaycan münasibətləri normallaşdırmağa hazırdır”

23 Sentyabr 2021, 16:58 (GMT +4)
Rusiyada miqrasiya ilə bağlı yeni qanun hazırlanır

23 Sentyabr 2021, 16:54 (GMT +4)
Husilər Yəmənin əl-Bəyda əyalətini tamamilə nəzarətə götürdüklərini bildiriblər (VİDEO)

23 Sentyabr 2021, 16:52 (GMT +4)
Azərbaycanda peyvənd olunanların sayı açıqlanıb

23 Sentyabr 2021, 16:42 (GMT +4)
Polşalı azarkeş Mahir Emreliye sevgisini Azərbaycan dilində göstərib - (FOTO)

23 Sentyabr 2021, 16:40 (GMT +4)
Azərbaycanda son sutkada 1 178 nəfər COVID-19-a yoluxub, 24 nəfər ölüb

23 Sentyabr 2021, 16:32 (GMT +4)
Naxçıvanda müharibə əlillərinə ev tikintisi üçün 1 milyon manat ayrılıb

23 Sentyabr 2021, 16:20 (GMT +4)
ABŞ və Mərkəzi Asiya Xarici İşlər nazirliklərinin rəhbərləri görüş keçirib

23 Sentyabr 2021, 16:12 (GMT +4)
Azərbaycan, Rusiya və Ermənistan Baş prokurorlarının üçtərəfli görüşü keçirilib

23 Sentyabr 2021, 16:01 (GMT +4)
Azərbaycan-Türkiyə birgə hökumətlərarası komissiyanın tərkibində dəyişiklik edilib

23 Sentyabr 2021, 16:00 (GMT +4)
“Qarabağ”ın rəqibi “Liverpul”un futbolçusunu istəyir

23 Sentyabr 2021, 15:51 (GMT +4)
Qəddafinin oğlundan sonra general Haftar da Liviyada prezidentliyə namizədliyini verir

23 Sentyabr 2021, 15:43 (GMT +4)
Bülbülün Şuşadakı ev muzeyinə direktor təyin edilib

23 Sentyabr 2021, 15:32 (GMT +4)
Birinci milli “CEO Award Azerbaijan” müsabiqəsinin qalibləri elan edilib

23 Sentyabr 2021, 15:27 (GMT +4)
AB AUKUS-a cavab olaraq yeni müdafiə ittifaqı qura bilər

23 Sentyabr 2021, 15:18 (GMT +4)
"Moderna" rəhbəri koronavirus pandemiyasının sona çatacağı vaxtla bağlı proqnoz verib

23 Sentyabr 2021, 15:17 (GMT +4)
Siyəzən rayonunun 2 kəndində içməli su layihəsinin icrası yekunlaşdırılıb

23 Sentyabr 2021, 15:04 (GMT +4)
Nazir ATƏT sədrini Ermənistanın üçtərəfli bəyanata zidd davranışı barədə məlumatlandırıb

23 Sentyabr 2021, 14:52 (GMT +4)
Rusiyada son sutkada 21 438 nəfər koronavirusa yoluxub

23 Sentyabr 2021, 14:50 (GMT +4)
Taliban türkmənşəli həzarələri Əfqanıstanın üç bölgəsindən məcburən köçürür - KİV

23 Sentyabr 2021, 14:47 (GMT +4)
Suraxanıda avtomobil yollarının yenidən qurulmasına 6 milyon manat ayrılıb

23 Sentyabr 2021, 14:38 (GMT +4)
Fransa çempionatında kütləvi dava baş verib - (FOTOLAR)

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66