BNA-ya məxsus şirkətin rəhbəri dəyişdirildi04 Fevral 2021, 15:45 (GMT +4) Bakı, 4 fevral, SalamNews. Bakı Nəqliyyat Agentliyinə (BNA) məxsus “Zığ Avtoparkı” MMC-də kadr təyinatı olub.
SalamNews-un əldə etdiyi məlumata görə, “Zığ Avtoparkı” MMC-yə rəhbər vəzifəsi İlqar İbrahimova həvalə edilib.
Qeyd edək ki, bu vəzifəni 2021-ci ilin yanvarına qədər Etibar Quliyev icra edirdi.
Xatırladaq ki, Bakı Nəqliyyat Agentliyinə məxsus “Zığ Avtoparkı” MMC-nin nizamnamə kapitalı 142 499 manat təşkil edir.
|