Türkiyə xüsusi təyinatlıları Suriyanın şimalında 3 terrorçunu məhv edib06 Fevral 2021, 12:40 (GMT +4) Bakı, 6 fevral, SalamNews. Türkiyə xüsusi təyinatlıları Suriyanın şimalındakı Azaz bölgəsində zeytun yığan fermerlərə atəş açan YPG terror təşkilatının üzvlərini zərərsizləşdirib.
SalamNews "Anadolu"ya istinadən xəbər verir ki, bu barədəTürkiyə Milli Müdafiə Nazirliyindən məlumat verilib.
Müdafiə Nazirliyinin məlumatına görə, terrorçular "Fərat Qalxanı" əməliyyat bölgəsinə Suriyanın Tall-Rıfat bölgəsindən daxil olub.
|