Baş Prokurorluq vətəndaşların suallarını cavablandıracaq09 Fevral 2021, 09:45 (GMT +4) Bakı, 9 fevral, SalamNews. Fevralın 12-də saat 09:30-dan 12:30-dək Baş Prokurorluğun instagram sosial şəbəkəsindəki səhifəsində prokurorluqla sual-cavab adlı növbəti sessiya keçiriləcək.
Bu barədə SalamNews-a Baş Prokurluğun Mətbuat xidmətindən məlumat verilib.
"Hər bir kəs prokurorluq orqanlarının fəaliyyəti ilə bağlı maraqlandığı mövzuda mövcud sualları ilə bizə müraciət edə bilər", - Mətbuat xidmətindən bildirilib.
|