Kürd birləşmələri İŞİD-in 100-dən çox üzvünü İraqa təhvil veriblər12 Fevral 2021, 11:40 (GMT +4) Bakı, 12 fevral, SalamNews, B,Samid. Suriyada Fəratın şərqini nəzarətdə saxlayan separatçı kürd birləşmələri İraq vətəndaşı olan İŞİD-in 100-dən çox üzvünü qarşı tərəfə təhvil veriblər.
SalamNews İraq mətbuatına istinadla xəbər verir ki, bu barədə hərbi mənbələr məlumat veriblər.
Bildirilib ki, “Suriya Demokratik Qüvvələri” (separatçı kürd birləşmələri) İŞİD terror təşkilatının 100-dən çox üzvünü İraqın Nineva əyalətinin rəsmilərinə təhvil veriblər.
Qeyd edək ki, İŞİD məhbuslarının çoxu və onların ailə üzvləri Fəratın şərqində yerləşən əl-Huol və Həsəka həbsxanaları və düşərgələrində saxlanılırlar.
|