Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Əmək Məcəlləsinə dəyişiklik Milli Məclisin plenar iclasına tövsiyə edilib

13 Fevral 2021, 14:22 (GMT +4)

Bakı, 13 avqust, SalamNews. Bu gün Milli Məclisin Əmək və sosial siyasət komitəsinin videokonfrans formatında iclası keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən SalamNews-a verilən məlumata görə, komitə sədri Musa Quliyev bildirib ki, gündəliyə birinci oxunuşda “Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsi daxil edilib.

Komitə sədri diqqətə çatdırıb ki, Məcəlləyə ümumilikdə 12 dəyişiklik nəzərdə tutulub. Dəyişikliklərin əsas mahiyyəti qeyri-rəsmi məşğulluğun aradan qaldırılması yollarının hüquqi tənzimlənməsi ilə əlaqədardır. Qeyd edilib ki, Azərbaycanda rəsmi statistikaya əsasən 600 min nəfər qeyri-rəsmi çalışan işçi var. Bu,  həmin insanların əmək, istirahət, digər sosial təminat münasibətlərinə, habelə pensiya təminatı məsələlərinə mənfi təsir göstərir. Vətəndaşların işlə təmin edilməsi Əmək Məcəlləsinin tələblərinə uyğun olmalı, onların sosial müdafiəsi məsələsi gücləndirilməlidir.

Diqqətə çatdırılıb ki, Əmək Məcəlləsinin bir çox maddələrində əmək münasibətləri ifadəsi işlədilir. Bununla bağlı Məcəllədə mövcud olan bir çox əmək norma və qaydalarının tətbiqi şərtləndirilir. İşəgötürənlərin əmək münasibətləri ilə bağlı daha geniş formada məlumatlı olması məqsədilə Məcəlləyə bu münasibətləri şərtləndirən amilləri  müəyyən edən yeni 4-1-ci maddə əlavə edilir. Əlavəyə əsasən, əmək münasibətləri – əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əməkhaqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlərdir.

Qeyd edilib ki, Məcəllənin 7-ci maddəsinə də müəyyən əlavələr edilir.  Əlavə edilən hissədə tərəflər arasında əmək münasibətləri hesab edilən bir sıra hallar göstərilir və bildirilir ki, onların mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinə yol verilmir. Bu hallardan biri aşkar edildiyi gündən yazılı əmək müqaviləsi bağlanmalıdır.

Onlayn iclasda çıxış edən komitə sədrinin müavini Məlahət İbrahimqızı, deputatlardan Səttar Möhbalıyev, Jalə Əliyeva, Vüqar Bayramov, Ziyad Səmədzadə, Aqil Məmmədov, Arzu Nağıyev, Sevinc Hüseynova, Soltan Məmmədov, Rauf Əliyev Mülki Məcəlləyə təklif olunan dəyişiklikləri müsbət dəyərləndirərək, sənədin əmək qanunvericiliyinin möhkəmləndiriıməsi işinə töhfə verəcəyini söyləyiblər. Millət vəkilləri problemin aktuallığını qeyd edərək, qısa zaman kəsiyində ölkədə əmək müqavilələrinin bağlanması sahəsində görülən işləri təqdir ediblər, bu istiqamətdə ictimaiyyətin maarifləndirilməsinin əhəmiyyətli olduğunu bildiriblər.

Müzakirələrin sonunda komitə üzvləri “Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsini birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə ediblər.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

06 May 2021, 18:03 (GMT +4)
Azərbaycanda 4 məktəb direktoru işdən çıxarılıb, daha 3-nə şiddətli töhmət verilib

06 May 2021, 18:00 (GMT +4)
Qazaxıstan və Azərbaycan “ağıllı şəhər” layihəsi üzrə saziş imzalayıb

06 May 2021, 17:55 (GMT +4)
Caspian Energy Club Mustafa Abbasbəylinin iştirakı ilə Onlayn B2G Forum təşkil edib

06 May 2021, 17:48 (GMT +4)
Baş Prokurorluğun xəbərdarlıq etdiyi Xalidə Bayramova vəzifəsindən azad olunub

06 May 2021, 17:45 (GMT +4)
TƏBİB: Azərbaycanda koronavirusun Britaniya ştammından başqa yeni növ qeydə alınmayıb

06 May 2021, 17:30 (GMT +4)
Gəncədə tüfeyli həyat tərzi keçirənlər və dilənçilər saxlanılıb

06 May 2021, 17:22 (GMT +4)
Səbinə Əliyeva Ermənistan ombudsmanı barədə BMT və Avropa Şurasının komissarlarına məktub göndərib

06 May 2021, 17:12 (GMT +4)
İraq Səudiyyə Ərəbistanı ilə İran arasında danışıqlara ev sahibliyi etdiyini bildirib

06 May 2021, 17:10 (GMT +4)
Vergi və gömrük güzəştləri ilə bağlı Elektron Reyestr Sistemi yaradılıb

06 May 2021, 17:02 (GMT +4)
Son 12 ildə 162 308 nəfər Azərbaycan vətəndaşlığı alıb

06 May 2021, 17:00 (GMT +4)
Regional rəqəmsal hökumətin formalaşdırılmasına başlanılıb

06 May 2021, 16:50 (GMT +4)
Tacikistanla sərhəddə yaralananlara kompensasiya ödəniləcək - Japarov

06 May 2021, 16:48 (GMT +4)
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

06 May 2021, 16:37 (GMT +4)
Azərbaycanda son sutkada 2 057 nəfər COVID-19-dan sağalıb, 844 nəfər yoluxub

06 May 2021, 16:35 (GMT +4)
Gürcüstanda koronavirusa yoluxma ilə bağlı son məlumatlar açıqlanıb

06 May 2021, 16:26 (GMT +4)
Tovuz rayon sakininin həyətyani sahəsindən çətənə kolları aşkarlanaraq götürülüb

06 May 2021, 16:15 (GMT +4)
Ukrayna XİN rəhbəri Kiyevdə ABŞ Dövlət Katibi ilə görüşüb

06 May 2021, 16:12 (GMT +4)
İqtisadiyyat Nazirliyi: 16 obyektdə epidemiya əleyhinə rejim pozulub

06 May 2021, 16:00 (GMT +4)
100 nəfər gənc hüquqşünas prokurorluq orqanlarına qulluğa qəbul edilib

06 May 2021, 15:50 (GMT +4)
Bakıda piyada keçidinin üzərində yeni işıqlandırılma sistemləri tətbiq edilib 

06 May 2021, 15:39 (GMT +4)
Türkiyənin Ermənistanla sərhədində antiterror əməliyyatı keçirilir

06 May 2021, 15:34 (GMT +4)
Kazım Qurbanov 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib

06 May 2021, 15:23 (GMT +4)
Bu günədək 121 milyon manatdan çox əkin subsidiyası ödənilib

06 May 2021, 15:12 (GMT +4)
Zinəddin Zidan: “Çelsi” qələbəyə layiq idi

06 May 2021, 15:09 (GMT +4)
Türkiyə Latviya parlamentinin 1915-ci il hadisələri ilə bağlı qərarını pisləyib

06 May 2021, 15:05 (GMT +4)
ABŞ sanksiyaların dayandırılması üçün İranın yeni nəsil sentrifuqa cihazlarının məhv edilməsini istəyib

06 May 2021, 15:01 (GMT +4)
Ruhani Hacı İlham Əliyevə 16 il iş verilib

06 May 2021, 14:53 (GMT +4)
Tomas Tuxel Çempionlar Liqasının tarixinə düşüb

06 May 2021, 14:52 (GMT +4)
Meliorasiya və Su Təsərrüfatı ASC-yə 1,82 milyon manat ayrılıb (SƏRƏNCAM)

06 May 2021, 14:40 (GMT +4)
Kolumbiya paytaxtında etiraz aksiyalarına görə peyvəndləmə məntəqələrinin işi dayandırılıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66