İran-Əfqanıstan sərhədində şiddətli partlayış və yanğın baş verib (VİDEO)
13 Fevral 2021, 15:27 (GMT +4)
Bakı, 13 fevral, SalamNews, B,Samid. İran-Əfqanıstan sərhədində yerləşən İslam-Qala gömrük keçidində yanacaqların depo edildiyi məkanda şiddətli partlayış baş verib.
SalamNews İran mətbuatına istinadla xəbər verir ki, partlayış gömrük keçidinin Əfqanıstan tərəfində baş verib.
Əfqanıstanın Hərat əyalətinin Qubernatorluğu yanğının söndürülməsi üçün İrandan yardımın istənildiyini bildirib.
Bu hadisənin gömrükdə yanacaqların saxlanıldığı depoda baş verdiyi deyilir.
Hadisənin səbəbi, maddi və canlı xəsarətləri barədə hələ məlumat yoxdur.
Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.