İsrail Dəməşqin ətrafını hədəfə alıb, Suriyanın havadan müdafiə sistemləri hərəkətə keçib (VİDEO)
15 Fevral 2021, 09:07 (GMT +4)
Bakı, 15 fevral, SalamNews, B.Samid. İsrail ötən gecə işğal edilən Colan Yüksəkliklərindən Suriya paytaxtı Dəməşqin ətrafını raketlərlə hədəfə alıb.
SalamNews bu barədə Suriyanın dövlət xəbər agentliyi SANA-a istinadla xəbər verir.
Bildirilib ki, ölkənin havadan müdafiə sistemləri İsrailin raketlərinin çoxunu səmada ikən zərərsizləşdirib.
Bu hücumun tələfat və ziyanları barədə hələ məlumat yoxdur.
Qeyd edək ki, İsrail bu hücumları işğal etdiyi Colan Yüksəkliklərindən həyata keçirib. İsrail Suriya ərazisində İrana tabe olan qüvvələri, Hizbullaha aparılan silahları, özü üçün “təhlükə” yaradan Suriyadakı digər qüvvələri hədəfə aldığını bildirir.
Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.