ABŞ-ın dəstəklədiyi kürd birləşmələri Suriya hökumətinin bir sıra obyektlərini zəbt edib15 Fevral 2021, 11:47 (GMT +4) Bakı, 15 fevral, SalamNews, B.Samid. Separatçı kürd birləşmələri Həsəka və Qamışlı şəhərlərində Suriya hökumətinin nəzarətində olmuş bəzi dövlət obyektlərini zəbt ediblər.
SalamNews SANA-a istinadla xəbər verir ki, bu barədə hökumət mənbələri məlumat veriblər.
Bildirilib ki, separatçı kürd bölmələrinin rəhbərlik etdiyi “Suriya Demokratik Qüvvələri” Qamışlı və Həsəka şəhərlərində bir sıra hökumət obyektlərini zəbt ediblər.
Əlavə edilib ki, kürd bölmələri zəbt edilən obyektlərdə işçilərdən hökumətlə deyil, onlarla əməkdaşlıq etməyi tələb ediblər.
Qeyd edək ki, Fəratın şərqi ABŞ-ın dəstəklədiyi separatçı kürd bölmələrinin nəzarətində olsa da Qamışlı və Həsəka şəhərlərinin mərkəzi kvartalları hökumətin nəzarətində qalmaqdadır.
|