BNA: Bakının Ziya Bünyadov prospektində nəqliyyat vasitələrinin sıxlığı yaranıb16 Fevral 2021, 10:30 (GMT +4) Bakı, 16 fevral, SalamNews. Bu gün səhər saatlarından Bakının Ziya Bünyadov prospektinin "20 Yanvar" dairəsi istiqamətində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir.
SalamNews xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.
Məlumatda deyilir ki, sıxlıq səbəbindən Qara Qarayev prospekt i- "20 Yanvar" dairəsi və əks istiqamətdə hərəkət edən müntəzəm və ekspres xətlər üzrə avtobusların hərəkət intervalında gecikmələr yaranır.
|