Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

AMEA Yüksək Texnologiyalar Parkı milli kosmetik məhsulların istehsalına dəstək verəcək (FOTO)

17 Fevral 2021, 12:30 (GMT +4)

Bakı, 17 fevral, SalamNews. AMEA-nın Yüksək Texnologiyalar Parkının (YT Park) Ekspertlər Şurasının onlayn iclası keçirilib.

AMEA-dan SalamNews-a daxil olan məlumata görə, iclasda Ekspertlər Şurasının sədri, AMEA-nın vitse-prezidenti, akademik Rasim Əliquliyev, Şuranın üzvləri, YT Parkın baş direktoru, professor Əbülfəz Babayev, icraçı direktoru Vasif Abbasov, direktor müavini Zaur Nəhmətov, bir sıra məsul şəxslər, eləcə də rezidentlik üçün müraciət etmiş müəssisənin nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Şuranın sədri, akademik Rasim Əliquliyev iclasın “AZCOSMETICS GROUP” MMC-nin YT Parkda rezident kimi qeydiyyata alınması üçün təqdim etdiyi layihənin müzakirəsinə həsr olunduğunu bildirib.

Sonra R.Əliquliyev tanınmış kimyaçı alim, professor Əbülfəz Babayevi YT Parkın baş direktoru seçilməsi münasibətilə Ekspertlər Şurasının kollektivi adından təbrik edib, onun rəhbərliyi altında Texnoparkın fəaliyyət istiqamətlərinin daha da genişləndiriləcəyinə, elmin kommersiyalaşdırılması sahəsində mühüm nailiyyətlərin əldə olunacağına inamını ifadə edib.

Akademik Ekspertlər Şurasının fəaliyyətindən də bəhs edərək, Şuranın AMEA-nın elmi müəssisə və təşkilatları arasında münasibətlərin qurulmasında və əməkdaşlığın inkişafında rolunu önə çəkib: “Ekspertlər Şurası innovativ təklif, ideya və elmi nailiyyətlərin YT Park vasitəsilə reallaşdırılması və kommersiyalaşdırılması, daxili və xarici bazara çıxarılması funksiyasını icra edir. Həmçinin yeni rezidentlərin seçilməsi ilə yanaşı, YT Parka elmi dəstək vermək, elm və istehsalat arasında intellektual körpü yaratmaq vəzifəsini yerinə yetirir”.

Sonra “AZCOSMETICS GROUP” MMC-nin direktoru Ulduza Xanlarova çıxış edərək rəhbərlik etdiyi qurum haqqında məlumat verib, bu müəssisənin Azərbaycan məhsulu olan saç boyalarının istehalını həyata keçirəcəyini vurğulayıb. Respublikamızda qeyd olunan sahəyə tələbatın yüksək olduğunu deyən şirkət direktoru qeyd edib ki, bu boyaların istehsalının təşkil olunması, ilk növbədə ölkəmizdən saç boyası üçün xaricə gedən valyuta axınının qarşısını alacaq, digər ölkələrdən alınan və böyük vəsait tələb edən məhsullarla müqayisədə, üç dəfəyədək sərfəli qiymətə olması isə tələbatın yerli istehsal hesabına ödənilməsinə şərait yaradacaq.

Direktor qeyd edib ki, yüksək keyfiyyətli məhsulların istehsalını qarşısına məqsəd qoymuş şirkət tərəfindən gələcəkdə şampun, balzam, krem, müxtəlif kosmetik yağlar və digər dəriyə qulluq vasitələrinin istehsalı, eləcə də bu məhsulların ixracı planlaşdırılır. O, əlavə edib ki, ölkəmizdə yetişən təbii məhsullardan istifadə etməklə əldə olunan saç boyaları istehsalını hədəfləyən müəssisə Ağ Naftalandan istifadə etməklə kremlərin hazırlanmasını da nəzərdə tutur.

U.Xanlarova YT Parkda müəssisənin fəaliyyətə başlaması üçün hazırlıq işlərinin görüldüyünü, avadanlıqlar və xammalın satıcısı olan şirkətlərlə ilkin danışıqların aparıldığını və müəyyən razılıqların əldə edildiyini vurğulayıb.

Daha sonra U.Xanlarova rəhbərlik etdiyi müəssisə tərəfindən istehsal olunan məhsulların ekologiyaya, insan sağlamlığına təsiri, keyfiyyəti, tərkibi və qiyməti ilə bağlı ona ünvanlanan sualları cavablandırıb.

Müzakirələrdə Ekspertlər Şurasının katibi, Aşqarlar Kimyası İnstitutunun direktoru, akademik Vaqif Fərzəliyev, Şuranın üzvləri - AMEA-nın müşaviri, akademik Telman Əliyev, Polimer Materialları İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Bəxtiyar Məmmədov, Biofizika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Oktay Qasımov, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktor müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov və digərləri iştirak ediblər.

YT Parkın baş direktoru, prof. Əbülfəz Babayev çıxış edərək bildirib ki, ölkəmizdə neft məhsullarından aromatik maddələrin ayrılması texnologiyasının işlənilməsi üzrə vaxtilə müəyyən qədər tədqiqatlar aparılsa da, hazırda bu sahədə yeni istiqamətlərdə elmi tədqiqatların aparılmasına ehtiyac duyulur.

Baş direktor texnoparkda fəaliyyətə başlaması nəzərdə tutulan “AZCOSMETICS GROUP” MMC tərəfindən istehsal olunacaq məhsulun bütün göstəricilərinin beynəlxalq tələblərə cavab verəcəyini, sertifikatlı resept əsasında hazırlanacağını bildirib. Alimin sözlərinə görə, “AZCOSMETICS GROUP” MMC ilə icra olunacaq layihə çərçivəsində istehsal edilən məhsulların, ilk növbədə yüksək keyfiyyətli olmasına üstünlük veriləcək. O, həmçinin qeyd edib ki, AMEA alimlərinin tədqiqatları əsasında istehsal prosesində istifadə olunan komponentlərin təbii maddələrdən alınan qatqılarla əvəz olunması planlaşdırılır.

Layihə çərçivəsində AMEA alimlərinin müvafiq sahədə apardıqları tədqiqatlara yer ayrılmasının, eləcə də Ağ Naftalan əsaslı maddələrin istehsalının nəzərdə tutulduğunu vurğulayan Ə.Babayev istehsal zamanı xaricdən alınan xammalın tədricən yerli xammalla əvəzlənməsi ilə yüksək keyfiyyətli Azərbaycan brendinin yaradılmasının əsas hədəflərdən olduğunu diqqətə çatdırıb.

Daha sonra “AZCOSMETICS GROUP” MMC-nin YT Parkın rezidenti kimi qəbul edilməsinə dair səsvermə keçirilib. Səsvermənin nəticələrinə əsasən, adıçəkilən iddiaçıya rezident statusu verilməsi qərara alınıb.

Sonda Şura sədri, akademik R.Əliquliyev çıxış edərək saç boyaları üzrə elmi və texnoloji səviyyədə tədqiqatların aparılmasının zəruriliyi məsələsinə toxunub. O, “AZCOSMETICS GROUP” MMC-nin YT Parkda fəaliyyətə başlaması ilə AMEA-da bu istiqamətlərdə araşdırmalara yer ayrılması sayəsində milli boya məhsullarının istehsalının həyata keçiriləcəyini vurğulayıb.

R.Əliquliyev qeyd edib ki, böyük rəqabət mühitinə malik bu kimi layihələrin həyata keçirilməsi təşəbbüskara Azərbaycan Respublikasının sosial-iqtisadi həyatında yaxından iştirak etmək imkanı verməklə yanaşı, ölkə iqtisadiyyatının inkişafına töhfələr verəcək, milli məhsulların dünya bazarına çıxarılmasına şərait yaradacaq. Akademik müəssisənin AMEA-nın elmi-intellektual potensialından səmərəli istifadə edəcəyinə, YT Parkda təqdim olunan güzəşt və imtiyazlardan məqsədyönlü şəkildə faydalanacağına inamını ifadə edib.

 


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

AMEA Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov vəfat edib

AMEA-nın 400-dən çox yaşlı əməkdaşı COVID-19-a qarşı peyvənd olunub

AMEA-da siyasi partiyalarla bağlı yeni şöbə yaradılır

AMEA Botanika İnstitutunun əməkdaşı “Gənclər mükafatı”na layiq görülüb

AMEA-da İnkubator və Texnologiya Transferi Mərkəzi yaradılıb

AMEA prezidentinin Nadir Şah haqda kitabı Moskvada nəşr edilib

Əli Abbasova AMEA-da yeni vəzifə verilib

AMEA-da birinci vitse-prezident vəzifələri ləğv olunaraq yalnız bir vitse-prezident vəzifəsi təsis olunub

AMEA-nın institutlarında yeni vəzifələr yaradılıb 

YUNESKO torpaqşünas alimin tədqiqatları ilə bağlı AMEA prezidentinə müraciət edib

AMEA Botanika İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib

AMEA alimlərinin sudan səmərəli istifadəyə dair Dövlət Proqramının layihəsi müzakirə olunub

AMEA-nın Geologiya və Geofizika İnstitutu və “AzerGold" QSC arasında işgüzar görüş olub

AMEA-nın prezidenti Fransanın ölkəmizdəki səfiri ilə görüşüb

AMEA-nın yaradılmasının 75 illiyi münasibətilə kitab və buklet hazırlanacaq

AMEA-nın şöbə müdiri vəfat edib

AMEA-da iş saatı dəyişdirilib

AMEA-da iki yeni mərkəz yaradılır

AMEA-nın ümumi yığıncağı keçiriləcək

AMEA koronavirus vaksininin hazırlanması qaydasını açıqlayıb

16 İyun 2021, 15:45 (GMT +4)
Prezident İlham Əliyev İƏT-in Elm və Texnologiya üzrə ikinci Zirvə toplantısında çıxış edib

16 İyun 2021, 15:37 (GMT +4)
"Neftçi" mərhələni keçsə, Yunanıstanın "Olimpiakos" klubu ilə qarşılaşacaq

16 İyun 2021, 15:35 (GMT +4)
Rusiyada son sutkada daha 13.397 nəfər koronavirusa yoluxub

16 İyun 2021, 15:25 (GMT +4)
Azərbaycan ət idxalını 35 % azaldıb

16 İyun 2021, 15:13 (GMT +4)
Azərbaycan Olimpiadaya daha bir lisenziya qazanıb

16 İyun 2021, 15:10 (GMT +4)
Beynəlxalq Atom Agentliyi nüvə sazişinin bərpasının İran seçkilərindən sonraya qalacağını bildirib

16 İyun 2021, 15:00 (GMT +4)
DİM ali məktəblərə imtahansız qəbul olunmaq hüququna malik şəxslərə müraciət edib

16 İyun 2021, 14:51 (GMT +4)
Elxan Məmmədov: Azərbaycanlı azarkeşlər Türkiyəyə böyük dəstək verəcək

16 İyun 2021, 14:46 (GMT +4)
Dövlət qurumları meşə yanğınları ilə bağlı müraciət yayıb

16 İyun 2021, 14:34 (GMT +4)
12 gün öncə komaya düşən qazimiz bu gün şəhid olub

16 İyun 2021, 14:22 (GMT +4)
Avro -2020: Türkiyə yığması Uelslə qarşılaşır 

16 İyun 2021, 14:20 (GMT +4)
I sinfə qəbulla bağlı onlayn müsahibələr başa çatıb

16 İyun 2021, 14:09 (GMT +4)
Sumqayıtda ağacların gövdəsi süni örtükdən təmizlənib

16 İyun 2021, 13:59 (GMT +4)
"Qarabağ" klubu "Arsenal"la qarşılaşacaq

16 İyun 2021, 13:56 (GMT +4)
KİV: Kim Çen In KXDR-də aclıq təhlükəsinin olduğunu açıqlayıb

16 İyun 2021, 13:45 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

16 İyun 2021, 13:34 (GMT +4)
Fransa - Almaniya oyununun ən yaxşısı seçilib

16 İyun 2021, 13:32 (GMT +4)
TSQ Şimali İraqda keçirilən əməliyyatda 5 terrorçunu zərərsizləşdirilib

16 İyun 2021, 13:28 (GMT +4)
DSX: Sərhədçilərimizə atəş açan cinayətkar zərərsizləşdirilib

16 İyun 2021, 13:18 (GMT +4)
Vüsal Qasımlı: Şuşa bəyannaməsi milli iqtisadiyyata yeni imkanlar açır

16 İyun 2021, 13:08 (GMT +4)
Bu il Azərbaycan neft ixracını 13 %-dən çox azaldıb

16 İyun 2021, 13:00 (GMT +4)
"Rəqibin bizi 1-2 məqamda üstələdiyini demək olar" - Samir Abasov

16 İyun 2021, 12:55 (GMT +4)
Xaçmazda 15 qanunsuz heyvan kəsimi məntəqəsi aşkarlanıb

16 İyun 2021, 12:46 (GMT +4)
Çavuşoğlu: Dünya birliyi Azərbaycanın ərazi bütövlüyünə hörmət etməlidir

16 İyun 2021, 12:38 (GMT +4)
Xüsusi şərtlərlə əmək pensiyası alanların sayı açıqlanıb

16 İyun 2021, 12:27 (GMT +4)
KİV: Kolumbiyada hərbi hissədə törədilən terror hücumu nəticəsində 30-dan çox əsgər yaralanıb

16 İyun 2021, 12:21 (GMT +4)
Türkiyə-Uels matçı ilə bağlı bəzi küçələrdə avtomobillərin hərəkətinə tam məhdudiyyət qoyulur

16 İyun 2021, 12:12 (GMT +4)
Əfqanıstan Ordusu bir rayon mərkəzini Talibandan geri alıb

16 İyun 2021, 12:01 (GMT +4)
Azərbaycanla Türkiyə arasında müttəfiqlik haqqında Şuşa Bəyannaməsi - TAM MƏTN

16 İyun 2021, 11:54 (GMT +4)
İran Mədəniyyət Mərkəzinin sədri: İranda prezident seçkiləri dünyada dini-demokratik seçki nümunəsidir 

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66