Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Azərbaycan - Səudiyyə Ərəbistanı Birgə Texniki Komitəsinin II iclası olub

18 Fevral 2021, 13:00 (GMT +4)

Bakı, 18 fevral, SalamNews. Fevralın 17-də Azərbaycan və Səudiyyə Ərəbistanıın Energetika Nazirlikləri arasında fəaliyyət göstərən Birgə Texniki Komitənin videokonfrans formatında II iclası keçirilib.

Bu barədə SalamNews Azərbaycanın Energetika Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Komitənin Azərbaycan tərəfindən rəhbəri, nazir müavini Kamal Abbasov iki ölkə arasında energetika sahəsində əlaqələrin inkişaf etdiyini, OPEC+ formatında intensiv əməkdaşlığın enerji sahəsində əlaqələrin inkişafına təkan verdiyini bildirib. O, qeyd edil ki, energetikanın müxtəlif sektorlarında, həm ənənəvi enerji daşıyıcıları, həm bərpa olunan enerji sahəsində əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial var və Birgə Texniki Komitənin iclasları bu potensialın reallaşdırılmasına, əlaqələrin gələcək inkişafına öz töhfəsini verəcək.

Komitənin Səudiyyə Ərəbistanı tərəfindən rəhbəri, bu ölkənin energetika nazirinin baş müşaviri Nasir Əl Dossari isə enerji sahəsində etibarlı əməkdaşlığın mövcud olduğunu, bu əməkdaşlıq əlaqələrinin inkişafının hər iki ölkənin maraqlarına cavab verdiyini bildirib. Ötən ilin sonunda Energetika Nazirliyi və ”Azərenerji” ASC ilə Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti arasında qoyuluş gücü 240 MVt olan külək elektrik stansiyası layihəsi üzrə müvafiq müqavilələrin imzalandığı, yaxın gələcəkdə isə layihənin təməlqoyma mərasiminin keçiriləcəyinə diqqət çəkilib. İki ölkə arasında bərpa olunan enerji sahəsində əməkdaşlığın inkişaf dinamikası yüksək qiymətləndirib.

İclasda neft hasilatı, emalı və neft-kimya məhsullarının dünya bazarlarına çıxarılması, Səudiyyə Ərəbistanı Krallığının “Saudi Aramco”, “SABİC” və “ACWA Power” şirkətlərinin Azərbaycanda müvafiq sahələrdə layihələrdə iştirak və sərmayə perspektivləri, eləcə də qaz kəşfiyyatı və hasilatın inkişafı, xarici investisiyaların təşviqi mexanizmləri kimi mövzular ətrafında fikir mübadiləsi aparılıb. Dairəvi karbon iqtisadiyyatı, elektroenergetika, bərpa olunan enerji, enerji səmərəliliyi sahələrinə dair qarşılıqlı təqdimatlar dinlənilib. Azərbaycanın, xüsusilə də işğaldan azad edilmiş ərazilərimizin bərpa olunan enerji potensialı, burada yaşıl enerji zonasının yaradılması planları, müvafiq sahə üzrə qanun layihəsinin hazırlanması və bərpa olunan enerji hərraclarının keçirilməsinə hazırlıq işləri haqqında qarşı tərəfə məlumat verilib.

İclasda Azərbaycan tərəfindən Energetika Nazirliyi ilə yanaşı İqtisadiyyat Nazirliyi, Dövlət Neft Şirkəti (SOCAR) və “Azərenerji” ASC-nin nümayəndələri iştirak edib. Sonda Texniki Komitənin növbəti iclasının Azərbaycanda keçirilməsi razılaşdırılıb.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Energetika Nazirliyinin Çağrı Mərkəzinə bu il 1192 müraciət daxil olub

Energetika Nazirliyi yanında İctimai Şuranın tərkibi müəyyən edilib

Energetika Nazirliyinin İctimai Şurasına bir nəfər seçilib

Energetika Nazirliyində Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir olub

Energetika Nazirliyi: Azərbaycan mövcud ixtisarların apreldə də davam etdirilməsinə razılıq verib

Energetika Nazirliyi bu il 4 layihə sənədinin razılaşdırılmasını ləğv edib

Energetika Nazirliyində vətəndaş qəbulu keçirilib

Energetika Nazirliyinin Çağrı Mərkəzinə ötən il 2 566 müraciət daxil olub

Energetika Nazirliyi və qurumları ötən il 4 mindən çox müraciətə baxıb

Energetika Nazirliyi: “ACWA Power” şirkəti ilə qoyuluş gücü 240 MVt olan külək elektrik stansiyası layihəsi üzrə müqavilələr imzalanıb (FOTO)

Energetika Nazirliyinin əməkdaşları beynəlxalq konfransda iştirak edib

Energetika Nazirliyi “YAŞAT” Fonduna ianə edib

Energetika Nazirliyi: Naxçıvanın qaz təchizatı daha dayanıqlı olacaq

Energetika Nazirliyi Dağlıq Qarabağ və ətraf regionların enerji potensialını açıqlayıb

Energetika Nazirliyi vətəndaş qəbulunu dayandırıb

Energetika Nazirliyi xarici tərəfdaşları Ermənistanın Azərbaycana qarşı təxribatları barədə məlumatlandırıb

Energetika Nazirliyi və Enerji Məsələlərini Tənzimləmə Agentliyi tərəfindən 3468 müraciətə baxılıb

Energetika Nazirliyi bu ilin 9 ayında 165 icazə verib

Energetika Nazirliyi Azərbaycan Ordusuna dəstək olub

Energetika Nazirliyi ilə MEDEF arasında onlayn görüş keçirilib

15 Aprel 2021, 12:15 (GMT +4)
Azərbaycanda 19 şəhər və rayonda reydlər keçirilib, sürücü və piyadalar cərimələnib

15 Aprel 2021, 12:00 (GMT +4)
Müdafiə Nazirliyi ordunun ərzaq təminatı ilə bağlı məlumat yayıb (VİDEO)

15 Aprel 2021, 11:58 (GMT +4)
İranın daxili işlər naziri və iki müavini koronavirusa yoluxublar

15 Aprel 2021, 11:44 (GMT +4)
Rusiyada yanğın zamanı dörd uşaq həyatını itirib

15 Aprel 2021, 11:30 (GMT +4)
Fərid Şəfiyev Paşinyanın “Dağlıq Qarabağı qaytarmaq” iddialarına münasibət bildirib

15 Aprel 2021, 11:26 (GMT +4)
ABŞ-dan sonra NATO da Əfqanıstandan çıxacağı vaxtı açıqlayıb

15 Aprel 2021, 11:15 (GMT +4)
“Azəriqaz” payız-qış mövsümünə hazırlıq işlərinə start verib

15 Aprel 2021, 11:15 (GMT +4)
Bayden Putini önümüzdəki həftələrdə görüşməyə dəvət edib

15 Aprel 2021, 11:00 (GMT +4)
Azərbaycan nefti bahalaşıb

15 Aprel 2021, 10:52 (GMT +4)
Ayətullah Xamenei nüvə sazişi danışıqlarının uzanması ilə bağlı xəbərdarlıq edib

15 Aprel 2021, 10:46 (GMT +4)
Ərdoğan: İstanbul Kanalı Türkiyənin müstəqilliyi və suverenliyini möhkəmləndirəcək

15 Aprel 2021, 10:45 (GMT +4)
ƏƏSMN: Aprel ayının pensiyaları tam ödənilib

15 Aprel 2021, 10:30 (GMT +4)
Yaşıl enerji məkanı üzrə alt İşçi Qrupunun növbəti iclası keçirilib

15 Aprel 2021, 10:27 (GMT +4)
Ermənistan baş naziri Paşinyan istefa edəcəyi tarixi açıqlayıb

15 Aprel 2021, 10:15 (GMT +4)
Bu gündən Azərbaycanda istilik təchizatı dayandırılır

15 Aprel 2021, 10:00 (GMT +4)
MN Zəngilan rayonunun Ağ oyuq qəsəbəsindən videogörüntülər yayıb (VİDEO)

15 Aprel 2021, 09:52 (GMT +4)
Husilər Səudiyyənin neft və hərbi obyektlərini 11 PUA və ballistik raketlə hədəfə aldıqlarını bildiriblər

15 Aprel 2021, 09:46 (GMT +4)
Bloomberg: ABŞ on rusiyalı diplomatı ölkədən çıxaracaq

15 Aprel 2021, 09:45 (GMT +4)
BNA: Nəqliyyat vasitələrinin hərəkətində sıxlıq var

15 Aprel 2021, 09:25 (GMT +4)
Türkiyənin keçmiş baş naziri vəfat edib

15 Aprel 2021, 09:15 (GMT +4)
Balakəndə qaydaları pozan sürücülər cərimələnib

15 Aprel 2021, 09:07 (GMT +4)
Ərbildə ABŞ qüvvələrinin olduğu hava limanına hücum edilib

15 Aprel 2021, 09:00 (GMT +4)
DİM bu gün 8 124 şagird üçün buraxılış imtahanı keçirəcək

15 Aprel 2021, 05:15 (GMT +4)
Ramazanın ikinci gününün duası - İmsak və iftar vaxtı

14 Aprel 2021, 18:02 (GMT +4)
Əməyin mühafizəsi üzrə ilk milli standart təsdiqlənib

14 Aprel 2021, 17:58 (GMT +4)
Səlcuq Bayraktar Kanadanın sanksiya qərarını şərh edib

14 Aprel 2021, 17:55 (GMT +4)
“Bakı Metropoliteni” daha bir ilkə imza atıb

14 Aprel 2021, 17:44 (GMT +4)
Binəqədidə 1 500 abonentin qaz təchizatında müvəqqəti fasilə yaranıb

14 Aprel 2021, 17:35 (GMT +4)
Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin üzvləri Hərbi Qənimətlər Parkını ziyarət ediblər

14 Aprel 2021, 17:33 (GMT +4)
Paşinyan: Ter-Petrosyan hələ 2018-ci ildə mənə torpaqları Azərbaycana qaytarmağı təklif edib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66