İran ABŞ-ın 5+1 formatına qayıtmaq istəyinə münasibət bildirib19 Fevral 2021, 17:01 (GMT +4) Bakı, 19 fevral, SalamNews, B.Samid. “Bir şeyi xatırladatmaq lazımdır ki, ABŞ-ın çıxdığına görə artıq 5+1 formatı deyilən danışıq çərçivəsi qalmayıb. Qalan 4+1 formatıdır və artıq ABŞ burada yoxdur. İndi İran var, bir də 4 ölkə. Yadınızdadırsa Tramp bu formatın otağını tərk etdi və onu partlatmaq istəyirdi. İndi Amerikanın 5+1 danışıqlarını bərpa etməsi üçün simvolik və rəmzi addımları yaxşıdır. Amma lazım olan budur ki, sanksiyalar götürülsün. O zaman biz də müsbət cavab verəcəyik.”
SalamNews Tasnim-ə istinadla xəbər verir ki, bunu İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Səid Xətibzadə rəsmi tvitter səhifəsində yazıb.
O bildirib ki, “ABŞ nüvə sazişinə qayıtmaq istəyirsə yalnız sanksiyaları aradan qaldırmalıdır, çünki indi qalan 4+1 formatıdır və sabiq 5+1 formatından bir xəbər yoxdur.”
Qeyd edək ki, Co Bayden Administrasiyası sabiq ABŞ hökumətinin İrana qarşı qərarlarından birini ləğv edib. Bu addıma əsasən, ABŞ, İrana qarşı beynəlxalq sanksiyaların aktivləşdirilməsi (snapback) tələbini geri götürüb. İran prezidenti və XİN rəhbəri bu addımı kafi bilməyib, bütün sanksiyaların ləğv edilməsini tələb ediblər.
|