Ərdoğan: Türkiyəni hədəflərinə çatmaqdan yayındırmağa çalışırlar20 Fevral 2021, 10:17 (GMT +4) Bakı, 20 fevral, SalamNews. Türkiyə universitetlərində təxribat təşkil etmək cəhdlərinin məqsədi ölkəni hədəflərinə çatmaqdan yayındırmaqdır.
SalamNews -un "Anadolu"ya istinadən verdiyi xəbərə görə, bunu Prezident Rəcəb Tayyib Ərdoğan ölkədəki bəzi universitetlərdə baş verən son hadisələrə münasibət bildirərkən deyib.
Dövlət başçısı bildirib ki, ölkə rəhbərliyi heç bir şəkildə türk gəncləri arasında “nifrət və parçalanma" toxumlarının səpilməsinə icazə verməyəcək.
Ərdoğan bu etirazların marjinal qruplar və təşkilatların əlində vasitəyə çevrildiyini bildirib.
|